vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
16:05 | 21 iyul 2019 | Bazar Məqaləyə 1899 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Rusiya izi” tapıldı

Britaniya İranın tankeri ələ keçirməsində sensassion detallar

MÖVZU İLƏ ƏLAQƏLİ

Britaniya kəşfiyyatı – Mİ-6 İranın bu ölkəyə məxsus “Stena İmpera” tankerini saxlaması məsələsində Rusiyanın əli olub-olmaması məsələsini araşdırır.

Bu iddia ilə “Sunday Mirror” nəşri çıxış edib. Britaniya tərəfi tankerin saxta GPS məlumatlarına görə İran sularına daxil olmasından ehtiyat edir. Bunu isə İran kəşfiyyatı yalnız “rus casus texnologiyaları”nın yardımı ilə edə bilər.

Belə ki, hadisə zamanı “Stena İmpero” tankerinin köməyinə yola düşən “Montrose” freqatı cəmi 10 dəqiqə gecikib, bu zaman Oman sularında olan tanker artıq İran sularına istiqamətləndirilib.

Məqalədə həmçinin İran və Rusiya kəşfiyyatının Suriyadakı sıx əməkdaşlığına diqqət çəkilib. Nəşrin iddiasına görə, Rusiya tankerin saxlanmasında yalnız “Putinin icazəsi” ilə iştirak edə bilər.