vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
23:24 | 6 aprel 2020 | Bazar ertəsi Məqaləyə 1231 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qurban sayı 17 minə yaxınlaşır

Son gün 636 nəfər dünyasını dəyişdi

MÖVZU İLƏ ƏLAQƏLİ

İtaliyada son sutka ərzində daha 636 nəfər koronavirusun qurbanı olub. Bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Andjello Borelli bildirib.

O deyib ki, bununla da ölkədə “COVİD-19” infeksiyasından ölənlərin sayı 16 523 nəfərə çatıb.

Bundan başqa, İtaliyada koronavirusa yoluxma halları daha 3 599 nəfər artaraq 132 547-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 208 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,3 milyonu ötüb. Bunların 275 065 nəfəri sağalıb, 72 636 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını “COVİD-19” qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.