vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
16:55 | 26 yanvar 2022 | Çərşənbə Məqaləyə 639 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bioloji laboratoriya?!

Moskva Bakıya yeni təzyiq forması icad edib

ELXAN

Rusiyada Kremlin sifarişlərini yerinə yetirən jurnalistlər arasında Arkadi Mamontov da var. Kreml hansı ölkəni və olayı hədəf alırsa bundan dərhal sonra Mamontovun Rusiyanın dövlət kanalında “jurnalist araşdırması” yayımlanır. Mamontov bu dəfə Azərbaycanı hədəf alıb, demək bu barədə ona yuxarıdan sifariş verilib. Arkadi Mamontovun yanvarın 22-də “Rossiya-24” telekanalında yayımlanan sənədli filmində keçmiş postsovet respublikalarındakı ABŞ bioloji laboratoriyalarından danışılarkən Azərbaycanda da gizli laboratoriyaların mövcudluğu iddia edilib.

Bəli, bu laboratoriyalar haqqında müxtəlif mülahizələr var. Misal üçün ABŞ laboratoriyalarının Gürcüstanda, Ukraynada olduğu iddia edilir. Ancaq haqqında danışılan laboratoriyaların Moskvanın tərəfdaş olduğu ölkələrdə - Qazaxıstanda, Özbəkistanda, hətta Ermənistanda olduğu barədə də xəbərlər var. Ermənistan geri addım ataraq adı çəkilən laboratoriyanın qapılarını rusiyalı mütəxəssislərin üzünə açıb. Vaşinqton və tərəfdaş ölkələrin rəsmiləri həmin laboratoriyaların elmi araşdırmalarla məşğul olduğunu vurğulasalar da, Kreml iddia edir ki, həmin laboratoriyalar Rusiya üçün ciddi təhlükə mənbəyidir. Əslində bölgədə Amerika ilə ortaqlığa aid nə varsa, Kreml onu Rusiya üçün təhlükə sayır və qonşularına “xəbərdarlıq mesajı” göndərir. İndi isə Azərbaycanı da siyahıya əlavə ediblər. Azərbaycanda bioloji laboratoriyanın varlığına dair heç bir fakt yoxdur, varsa bunu gizli saxlamaq olmazdı. Bəs onda Kremlin ruporu Azərbaycanla bağlı saxta xəbəri nədən yayıb? Görünür, bu da Moskvanın Bakıya yeni təzyiq formasıdır.