vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
QARABAĞ  
14:47 | 8 fevral 2022 | Çərşənbə axşamı Məqaləyə 493 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Generallar Arayikə savaş açır

Qarabağdakı separatçılara rəhbərlik davası qızışır

A.QORXMAZ

Qarabağdakı separatçı-terrorçu qüvvələrə rəhbərlik uğrunda savaş güclənir. Bu barədə Ermənistanın “Hraparak” qəzetindəki yazıda qeyd olunub.

Qəzetin məlumatına görə, separatçıların hazırkı başçısı Arayik Arutyunyan bir müddət əvvəl rəhbərlik etdiyi “Azad Vətən” partiyasının toplantısında qarşıdan gələn “seçkilər”də iştirak etməyəcəyini vəd etsə də, indiki proseslər bunun əksini göstərir.

Qarabağdakı separatçı-terrorçu qüvvələr Arayikin bu vədinə ona görə inanmırlar ki, o, indiyə kimi verdiyi sözlərin heç birinə nəinki əməl edib, həm də əks addımlar atıb.

“Hraparak” qeyd edir ki, separatçılar gələn il yeni lider seçməyi planlaşdırırlar. Bu səbəbdən də Qarabağdakı terrorçuların keçmiş liderləri və generallar artıq müzakirələrə başlayıb.

Qarabağda separatçıların hazırkı “təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyanı Arayiki əvəzləyə biləcək “lider” qismində görürlər. Onun özü isə məsələyə münasibət bildirməyə hələ ki tələsmir.

Arayik Arutyunyanın yerinə digər namizədin isə Qarabağ separatçılarının “keçmiş müdafiə naziri” general Levon Mnatsakanyan olduğu bildirilir.

“Hraparak” yazır ki, Arayik Arutyunyan hazırkı postunda qalmaq üçün müxtəlif gedişlər etməyə cəhd göstərir.

“Qarabağda düşünürlər ki, Arayik Arutyunyanın getmə qərarı qəti deyil və yəqin ki, rəqib qüvvələri parçalayıb iğtişaşlar törətməyə çalışacaq ki, onun namizədliyinə alternativlər zəif düşsünlər”, – deyə sözügedən nəşr bildirir. (Modern.az)