vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ENERGETİKA  
12:58 | 9 fevral 2022 | Çərşənbə Məqaləyə 3468 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Xartiyanın gələcəyinə əminlik artırıb”

Nazir: “Əməkdaşlıq bəyannaməsi sonra da lazım olacaq”

MÖVZU İLƏ ƏLAQƏLİ

OPEC+un Əməkdaşlıq bəyannaməsi platforması balansın təmin olunması aləti qismində 2022-ci ildən sonra da lazım olacaq. Bu barədə energetika naziri Pərviz Şahbazov OPEC bülletenində dərc olunan müsahibədə deyib.

O qeyd edib ki, ixracatçı ölkələr bu cür səmərəli əməkdaşlığı dəstəkləməli və neft bazarında öz addımlarını müzakirələr və qarşılıqlı anlaşma vasitəsilə uyğunlaşdırmalıdır.

“2016-cı ildə Əməkdaşlıq bəyannaməsi imzalanarkən əsas məqsədlərdən biri tələb və təklifi balanslaşdırmaqla bazarda sabitliyə nail olamq idi. Dünya iqtisadiyyatında COVID-19 pandemiyası ilə bağlı qeyri-müəyyənliklər, eləcə də “yaşıl” energetika sahəsində artan təşəbbüslər bazar balansının təmin olunması üçün səmərəli alətin vacibliyini təsdiq edir”, - deyə o bildirib.

Nazir qeyd edib ki, 2019-cu ildə qəbul edilmiş “Əməkdaşlıq xartiyası” OPEC-lə təşkilata daxil olmayan ölkələr arasındakı əməkdaşlığı yeni səviyyəyə yüksəltdi.

“Fikrimcə, Xartiya çərçivəsində həyata keçirilən tədbirlər və bugünədək qəbul edilən qərarlar özünü doğruldub və Xartiyanın gələcəyinə əminliyi artırıb. Hesab edirəm ki, Xartiya bundan sonra da ixracatçı ölkələr, istehlakçılar, investorlar və digər aparıcı iştirakçılar arasında dialoqun qurulması üzrə missiyasını davam etdirəcək”, - P.Şahbazov deyib. (“Trend”)