vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ENERGETİKA  
17:04 | 9 fevral 2022 | Çərşənbə Məqaləyə 697 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ hasilatda rekorda gedir

Bu ilin neft qiyməti ilə bağlı proqnozlar açıqlanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına görə, ABŞ Energetika Nazirliyi 2022-ci ildə “Brent” markalı neftinin qiyməti ilə bağlı proqnozunu 10,8 faiz artıraraq bir barel üçün 74,95 dollardan 82,87 dollara qaldırıb.

Agentlik “Brent”in qiymətinin yaxın aylarda da yüksək səviyyədə qalacağını gözləyir.

Eyni zamanda, Nazirliyin məlumatına görə, OPEC+ ölkələri, ABŞ və digər istehsalçıların neft hasilatının artması fonunda ilin ortalarından qiymətlərdə azalma gözləmək olar.

“Biz “Brent”in qiymətinin 2022-ci ilin ikinci rübündə 1 barelə 87 dollar, dördüncü rübündə isə 75 dollara düşəcəyini proqnozlaşdırırıq. 2023-cü ildə biz “Brent”in orta hesabla bir barel üçün 68 dollar olacağını gözləyirik”, - deyə hesabatda bildirilir.

“WTI” markalı xam neftin qiyməti 2022-ci ildə 79,35 dollar/barel, 2023-cü ildə isə 64,48 dollar/barel səviyyəsində proqnozlaşdırılır.

Bundan əlavə, ABŞ Energetika Nazirliyi 2022-ci ildə ABŞ-da gündəlik neft hasilatı proqnozunu 170 min barel artıraraq 11,97 milyon barrelə yüksəldib. 2023-cü ildə gözlənilən hasilat həcmi 190 min barel artaraq sutkada 12,6 milyon barrelə çatacaq ki, bu da ABŞ-da neft hasilatının səviyyəsi üçün mütləq rekorda çevrilə bilər.