vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ENERGETİKA  
12:52 | 17 fevral 2022 | Cümə axşamı Məqaləyə 1134 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Neftimiz 100 dolları keçdi

“Brent”in ucuzlaşmasına baxmayaraq, ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,2 faiz artaraq 100,76 dollar təşkil edib.

Baxmayaraq ki, “Brent” markasınım qiyməti bir barel üçün təxminən 5 faiz ucuzlaşaraq 95,95 dollardan 91,44-ə geriləyib. Sonradan isə təxminən 1 faiz bahalaşaraq 94,24 dollara çatıb (Bakı vaxtı ilə saat 08:38-ə olan məlumat). Qiymətin enməsi İranın baş müzakirəçisi Əli Baqeri Kani nüvə proqramı ilə bağlı razılaşmanın yaxın olduğunu elan etdikdən sonra baş vermişdi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.