vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
15:58 | 22 fevral 2022 | Çərşənbə axşamı Məqaləyə 944 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Belə hərəkətləri fəsadsız ötüşməyəcək”

Almaniya “Şimal axını -2”nin sertifikasiyasını dayandırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

“Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsi fonunda Almaniya hökuməti Rusiya-Almaniya qaz kəmərinin “Şimal axını 2” layihəsinin sertifikasiya prosesini dayandırır”.

Bunu Almaniyanın kansleri Olaf Şolts söyləyib. Onun sözlərinə görə, ölkənin İqtisadiyyat Nazirliyinə artıq müvafiq tapşırıqlar verilib:

“Şimal axını – 2”nin dayandırılması rəsmi Moskavaya aydın siqnaldır ki, belə hərəkətləri fəsadsız ötüşməyəcək”.

Kansler bildirib ki, Rusiyanın dünyada dəstəyi yoxdur.

Qeyd edək ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır. (Report.az)