vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
QARABAĞ  
18:38 | 23 fevral 2022 | Çərşənbə Məqaləyə 1004 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Moskva separatçıları verəcəkmi?

Rəsmi Bakı bu tələblə çıxış etmək imkanı qazandı

ASİF

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya ilə müttəfiqlik bəyannaməsində Azərbaycanın maraqları baxımından vacib olan məqamlardan biri də 11-ci bənddir.

Bu bəndə deyilir ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”.

Moskva Azərbaycan ərazisindən ona qarşı mümkün təhdidlərin qarşısını almaq istəyir, halbuki, indiyə qədər belə bir təhdid olmayıb: ruslar Qərblə qarşıdurmada bundan sonrakı dövrdə zəmanət alırlar;

Rusiya ərazisində isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq separatizmlə məşğul olan şəxslər var: belələri Moskvadan Sibir bölgəsinə qədər yayılıb (Zabil Məhərrəmov və digərləri); Rusiya imzalanan sənədlə bu şəxslərin separat fəaliyyətinin qarşısını almaq və Azərbaycana təhvil vermək öhdəliyi götürür; müqavilənin praktikada nə qədər işləyəcəyi bəlli olmasa belə, rəsmi Bakı bu tələblə çıxış etmək imkanı qazandı;

Azərbaycan Qarabağdakı separatçı-terrorçuların nümayəndələrinin, xüsusilə Araik Arutyunyanın Rusiyadakı fəaliyyəti ilə bağlı da eyni tələbi irəli sürə bilər.