vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
14:15 | 9 mart 2022 | Çərşənbə Məqaləyə 1169 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kobranın şəfqəti...

... Yaxud postsovet məkanının taleyi Ukraynadakı olaylardan asılıdır

MÖVZU İLƏ ƏLAQƏLİ

Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların sayı sürətlə, həndəsi silsilə ilə artır. İlk baxışdan paradoksal görünsə də, sanksiyalar mexanizminin tətbiq təcrübəsi, tarix və presedentlər göstərir ki, bu metod heç vaxt gözlənilən effekti vermir.

Tam əksinə, sanksiya tətbiq edilən ölkənin hakimiyyət dairələri vətəndaşlarda ura-patriotizm, şovinizm, millətçilik, eqosentrizm və s. hissləri alovlandıraraq ölkədəki proseslərə təsir rıçaqlarını daha da gücləndirirlər.

Adi misal: İran 1979-cu ildən bəri sanksiyalar məngənəsindədir.

Nəticə Qərbin gözlədiyi kimi oldumu?

Əsla və daha doğrusu, tam tərsi.

İran yerli istehsalı sürətlə inkişaf etdirdi, texnika və texnologiyalardan məhrum olduğu üçün ilk əvvəl fundamental elmini, sonra tətbiqi elm sahələrini təkanla irəlilədərək elminin nailiyyətlərini istehsala, ilk növbədə isə hərbi sahəyə tətbiq etdi.

Sanksiyalar İranda hərbi-sənaye kompleksini yaratdı.

Uzun yazmayım: ABŞ indi İranla sövdələşir, neft almağa çalışır. İran sutkada 1-1,5 milyon barel nefti dünya bazarına çıxara bilər.

Və ya Venesuela. Nə oldu, ən ağır sanksiyaları tətbiq edən ABŞ həmin ölkənin başçısı Maduronu devirə bildimi?

Bəlkə Şimali Koreyaya qarşı sanksiyalar nəticə verib?

... Rusiyadakı hakimiyyət oliqarxik psevdotototalitarizmdir, bir qədər demokratiya fleri, yəni görüntüsü var.

Sosial şəbəkələrə girişin məhdudlaşdırılması, brendlərin dalbadal ölkəni tərk etməsi Vladimir Putinin hakimiyyətini zəiflətmək əvəzinə, daha da gücləndirir.

Orta statistik Vanya dayı və ya Klava xala əgər Ukraynadakı olaylara qədər Qərbə laqeyd (yəni indefferent) münasibət bəsləyirdisə, indi hakimiyyətin total nəzarətindəki media, təbliğat və s. sayəsində Qərbə nifrət edir, bütün bəlalarının səbəbkarı və baiskarı qismində Qərbi görür.

Rusiyaya qarşı sanksiyalar klassik “iki boru və hovuz” məsələsidir.

Hovuzdan suyun axıb getdiyi boru qapadılmayınca, hovuza su vurulan borunu fasiləsiz işlətsək də, hovuz dolmayacaq, gözlənilən nəticə olmayacaq.

Hindistan, Braziliya, Meksika, İran, Çin, Pakistan kimi dövlətlər Rusiyanı aşkar dəstəkləməsələr də, onun haqsız olduğunu da bəyan etmirlər.

Belədə Putin hələ çox müqavimət göstərəcək, “Avrasiyanı birləşdirən Rusiya” idefiksini reallaşdırmağa çalışacaq.

Ukraynada isə sivilizasiyalar savaşıdır. Bir tərəfdə bədheybət və iyrənc totalitarizm, bir tərəfdə sivil münasibətlərə əsaslanan cəmiyyət.

Hər şeyi öz adı ilə çağırmaq gərəkdir: Rusiya rəhbərliyi “biz xüsusi hərbi əməliyyat” keçiririk desə də, Ukraynanı işğal etməyə, qanuni hakimiyyəti devirməyə, sonra da ölkəni parçalamaq ssenarisi olan planı işə salmağa çalışır.

Olan budur.

Postsovet məkanının taleyi indi Ukraynadakı olaylardan asılıdır.

Ukrayna məğlub olarsa, bütün postsovet ölkələri real təhlükədə olacaqlar.

Bu qədər bəsit.

Rusiya ordusunun “xoş niyyəti” kobranın şəfqəti təki absurddur.