vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
AVROPA  
11:02 | 14 mart 2022 | Bazar ertəsi Məqaləyə 1206 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Putini dayandırın!”

Berlində on minlərlə insan Ukraynada müharibəyə etiraz bildirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Berlinin mərkəzində bazar günü 30 minə qədər insan müharibə əleyhinə nümayişə qatılıb, onların bir çoxu Ukrayna bayraqlarını dalğalandırıb və əllərində Rusiyanın işğalına qarşı şüarlar yazılmış plakatlar tutub.

Soyuq Müharibə dövründə bölünmüş Almaniyanın simvolu olan Brandenburq Qapısı qarşısında toplaşan insanlar Berlin küçələri ilə yürüş edərək, şüarlar səsləndirib, mahnılar oxuyublar.

Plakat və bannerlərin üzərində “Putini dayandırın”, “Müharibəyə son qoyun”, “Rusiya əsgərləri evə qayıdın” və “Ukrayna ilə həmrəylik” şüarları yazılıb.

“Hər şeydən əvvəl, ukraynalıların nə iki həftə sonra, nə də bundan sonra onları unutmayacağımızı görmək çox vacibdir”, etirazçı Helene Krass deyib.

Bəzi nümayişçilər hətta Ukraynaya silah çatdırılmasına dəstək bildirib. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Almaniya İkinci Dünya Müharibəsindən sonra münaqişə zonalarına silah tədarükünə qoyulan qadağanı aradan qaldıraraq, Ukraynaya öz hərbi ehtiyatlarından tank əleyhinə silahlar və “Stringer” yer hava tipli raketlər göndərir.

Berlində bazar günü keçirilən aksiyaya 30 minə qədər insan qatılıb. İki həftə əvvəl Ukraynaya dəstək yürüşündə 100 min insan iştirak etmişdi.

İtaliyada Florensiya şəhərində də minlərlə insan Ukraynaya dəstək bildirmək üçün yürüş keçirib.