Ədalətsiz yanaşmalar, ikili standartlar, diskriminasiyalar...
Bunları aradan qaldırmadan daha çox stalinlər, putinlər yaradacaqsınız
Ələsgər ƏHMƏDOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
-
“Onlar insan deyil”
Tramp ölkədəki qeyri-qanuni mühacirləri hədəfə alıb
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“ABŞ seçkiyə kölgə saldı”
Nikolas Maduro: “Vaşinqtonda əsəblər gərgindir”
-
Vaşinqton və “boz ərazi”
Bayden administrasiyasının heç vaxt dəqiq strategiyası olmayıb
-
“Əlaqələr kəsilməməlidir”
ABŞ və Çin arasında kritik görüş – “Tayvan qırmızı xətdir”
-
5 milyard ödəyəcək
“Google” təzminat iddialarını qəbul edib
-
“Lego”dan ABŞ polisinə etiraz
Şübhəlilərin üzünün örtülməsinə görə ....
-
NATO-ya qadın başçı
Dünyanın ən güclü hərbi ittifaqına qatı antirusiyaçı, keçmiş SSRİ vətəndaşı rəhbərlik edəcək
-
“Havana sindromu” – sirr pərdəsi aralanır
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
Rusiyanın beynəlxalq hüququ heçə sayaraq Ukraynanı işğala girişməsi Rusiyaya haqlı olaraq həm iqtisadi-siyasi basqıları və etirazları doğurur həm də beynəlxalq mühitdə təcridə sürükləyir. Bu mənfur işğalın kontekstində adam istəmir ki, başqa məsələlərdən bəhs edib, Ukraynanın haqlı mübarizəsinə kölgə salsın.
Lakin son günlər ard-arda ölkəmizə qarşı qərbdən atılan addımlar bunlara toxunmadan keçməni mümkünsüz edir.
Avropa Parlamenti 30 il ərzində Azərbaycanın suveren ərazilərini (Aİ üz ölkələr hamısı Azərbaycanın suverenliyini və ərazi bütünlüyünü tanıyıb) işğal edib, 21-ci əsrin xəyalət xarabalıqlarını yaradan Ermənistanın bu vandalizmini görməyib, indi ölkəmizi guya Qarabağda erməni mirasına zərər verdiyimizə görə qətnamə qəbul edib. Özü də nə az nə çox, 635 nəfər “avropalı siyasətçi” lehinə səs verib, cəmi 2 nəfər əleyhinə gedib. Bu qədər ikiüzlü yanaşma insanı şok edir. Üstəlik hər kəs Ukraynanın Suveren ərazilərinə girən işğalçı Rusiyanın hərəkətini qınayarkən!
Ciddi sual yaranır, necə olur ki, haqlı olaraq İşğalçının birinə bütün yolları bağlayır, sanksiyalar tətbiq edir, hətta işğalçını cəzalandırmaq üçün Ukraynaya maddi, silah və insan dəstəyi verirsiz, amma Azərbaycanın suveren ərazilərinə girib, bütün ərazisini səhraya çevirən, bütün tarixi-mədəni irsini yox edən Ermənistanı qınamaq bir yana, bəsləyir, dəstəkləyirsiz? Sizin ədalətinizə bundan sonra kim güvənər?
Ukraynaya rus təcavüzünün 17-ci günündə BMT-nin açılamasına görə 564 sivili qətl edildi və haqlı olaraq bu hərəkətin Cenevrə Konvensiyasına görə müharibə cinayəti olduğu yüksək səslə bildirilir və dərhal Haqa Tribunalı önünə gətirildi məsələ. Halbuki bu 564 rəqəmi erməni vəhşilərinin Xocalıda sadəcə bir gecədə əliyalın 613 sivilin qətledilməsindən daha azdır və üstəlik birbaşa hədəfə alınıb, gözü oyularaq, qarnı şişlənərək, yandırılaraq qəddarca edilib hansısa bombalama zamanı birbaşa və ya dolaylı olaraq ölməyib…
Sadəcə Ermənistanın ərazilərimizi işğalı zamanı öldürülənlərdən, əsir alınlanlardan başqa bu gün 4000-dən çox vətəndaşımızın taleyindən xəbər yoxdur. Son günlər məlum olur ki, onlar kütləvi qətl edilib toplu çuxurlara atılıb. Bir neçə toplu məzarın tapılması bunu sübut edir.
İşğalçı Rusiyaya haqlı olaraq ağır iqtisadi və siyasi sanksiyalar qoyulur, Putini və onun emissarlarını hər yerdə boykot edir, Lavrov hətta ekranda danışarkən belə ona arxasını dönüb, gedirlər. ABŞ-ın ən böyük sosial şəbəkə devi olan “Meta” şirkəti bir az da irəli gedib, bu işğalçılara söyməni, onlara yönəlik nifrət nitqini, ölüm təhdidini qoruma altına alıb, sərbəst olduğunu ifadə edir.
Halbuki Xocalı soyqırımını birbaşa idarə edən və praktik iştirak edən Köçəryan və Sərkisyan tam 20 il məhz bu Avropalıların hər zaman matah dəvətlisi olaraq, Brüsseldə, Strasburqda, Parisdə, Londonda, Berlində, Vaşinqtonda və digər yerlərdə yüksək nəvaziş və hörmətlə qəbul edilib, şənlərinə təriflər deyilib, kürəkləri sığallanıb, yardımlar dəstəklər verilib…
Avropa Parlamentində oturan “qalstuklu mədəni avropalı siyasətçilər” bir dəfə olsun işğalçı Ermənistana bu qətliamların, bu müharibə cinayətlərinin, bu itkin talelərin aqibətini soruşmayıb, cinayətlərdə birbaşa iştirak edənlərə isə daim yaşıl işıq yandırıb. Aİ qətnaməsində Azərbaycanda ermənifobiya siyasətini pisləyərkən, bütün Qərb rusafobiyanı zərurət kimi təbliğ edir.
Digər bir şokedici yanaşma ATƏT-in Minsk qrupunun ABŞ-lı həmsədrinin təktərəfli bəyanatı oldu.
2 gün öncə “sülhməramlı”ların nəzarətindəki ərazidə Azərbaycan əsgərinə atəş açan və bir əsgərimizi şəhid edən qanunsuz silahlı erməni silahlısı cavab atəşi zamanı ölüb. Bu olay ABŞ-lı həmsədri yaman narahat edib və şəxsən onun adını çəkərək ölümündən üzldüyünü, başsağlığı filan verib, sonra da bizi hədəf alıb….
İndi təsəvvür edin ki, ABŞ-lı bir diplomat Ukraynanın əsgərinə atəş açan “Donbas Respublikası” ərazisində olan qanunsuz silahlı bir rusun ölümünə üzüldüyünü və Ukraynanı qınayan bir açıqlama verir? Təsəvvür edə bilirsizmi? Mümkün deyil. Bu qədər ikiüzlü yanaşma düşünən hər kəsi incidir, hiddətləndirir.
Toplu qətledilənlər müsəlman, boşnak, azərbaycanlı, uyğur, ərəb, əfqan, çeçen … olduqda ciddi hərəkət yox, onlar seçkin deyillər, eləmi?
Cənablar, bu gün dünya barışını təhdid edən ən böyük təhlükə nə putinlərdir, nə digərləri, onlar gəldi-gedərlərdir. Dünya barışını təhdid edən ən böyük təhlükə ədalətsiz yanaşmalar, ikili standartlar, bərabərsizliklərdir, diskriminasiyalardır. Bunları aradan qaldırmadan daha çox stalinlər, putinlər yaradacaqsınız.