vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
16:16 | 6 aprel 2022 | Çərşənbə Məqaləyə 456 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Dünya Rusiyanın etdiklərini görür”

Zelenski: “Ukraynanın hər şeydən çox “sülhə ehtiyacı var”

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna Prezidenti Vladimir Zelenski aprelin 5-də onlayn formatda BMT-nin Təhlükəsizlik Şurasında çıxış edib. Zelenski deyib ki, dünya Rusiyanın Kiyev ətrafında yerləşən Buçada son bir neçə gündə aşkar edilən vəhşicəsinə edamlar, zorlamalar və mülki şəxslərə hücumlardan başqa Ukraynanın digər şəhərlərində etdiyi vəhşilikləri barədə “tam həqiqəti hələ öyrənməyib”.

“İndi dünya Rusiyanın etdiklərini görə bilir”, Zelenski BMT-ni “dünyaya Rusiyanın necə cəzalandırılacağını göstərməsi” üçün çağırış etdiyi BMT-də video müraciətində bildirib.

Mavi-sarı rəngdə Ukrayna bayrağının önündə oturan Zelenski deyib ki, Rusiyanın beş həftədən çoxdur davam edən hərbi müdaxiləsi və ölkəsinə hücumu “qlobal təhlükəsizliyin bütün quruluşunu sarsıdır”.

“Rusiya ordusu dərhal məsuliyyətə cəlb edilməlidir”, o deyib. O, BMT-nin necə davranmasını istədiyini deməsə də, bundan öncə dəfələrlə Qərbi Ukraynaya daha çox hərbi yardım etməyə və daha çox ölümcül silahla təmin etməyə çağırıb. Təhlükəsizlik Şurasında veto hüququna malik Rusiya, şübhəsiz ki, Birləşmiş Millətlər Təşkilatının müharibəyə birbaşa müdaxilə etmək cəhdinin qarşısını alacaq.

Zelenski deyib ki, “Ukraynanın” hər şeydən çox “sülhə ehtiyacı var, Avropanın sülhə ehtiyacı var, dünyanın sülhə ehtiyacı var”. O, BMT-ni İkinci Dünya Müharibəsindən sonra yaradıldığı zaman qəbul etdiyi prinsiplərə uyğun olaraq hərəkət etməyə və qlobal sabitlik qüvvəsi kimi fəaliyyət göstərməyə çağırıb.

Qeyd edək ki, Zelenksinin BMT-dəki çıxışı ABŞ Prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinin müharibə cinayətləri səbəbilə mühakimə olunmalı olduğunu söyləməsindən bir gün sonraya təsadüf edib.

“Xatırlayırsınızsa, mən Putini müharibə cinayətkarı adlandırdığıma görə tənqid olunmuşdum. Həqiqət budur ki, siz Buçada baş verənləri gördünüz. Bu onun hərbi cinayətkar olduğunu sübut edir. Amma biz məlumat toplamalıyıq”, Bayden bazar ertəsi (aprelin 4-də) müxbirlərə demişdi.

***

ABŞ Dövlət katibi Entoni Blinken Ukrayna münaqişəsi ilə bağlı əlavə müzakirələr aparmaq üçün Brüsseldə NATO xarici işlər nazirlərinin görüşünə getmək üçün Vaşinqtonu tərk edərkən müxbirlərə deyib ki, Buçada üzə çıxan dəhşətlər “özbaşına hərəkət edən bir əsgərin təsadüfi əməli deyil. Bu, qəsdən öldürmək, işgəncə vermək, zorlamaq, vəhşilik törətmək kampaniyasıdır. Xəbərlər kifayət qədər etibarlıdır, dünyanın görməsi üçün sübutlar var”.

O deyib ki, Rusiyanın əməlləri “bizim və dünya boyu ölkələrin bu əməlləri törədənləri və ya onlara göstəriş verənləri hər hansı bir yolla, indi və ya başqa bir gün məsuliyyətə cəlb etmək qətiyyətini” gücləndirir.

Blinken əlavə edib ki, “Bizim Ukraynanı Rusiyanın təcavüzünə son qoymaq üçün apardığı cəsarətli mübarizədə dəstəkləməyə davam etmək və əlbəttə ki, bu təcavüzü dayandırmaq üçün Rusiyaya təzyiqi davam etdirmək və artırmaq məqsədilə əlimizdən gələni edəcəyimizə dair güclü bir əzmimiz var.”

***

Moskva Buçada mülki şəxsləri öldürüldüyünə dair ittihamları rədd edib. Rusiya Xarici işlər naziri Sergey Lavrov orada olanları “Rusiya əleyhinə səhnələşdirilmiş təxribat” adlandırıb. Rusiyanın BMT-dəki səfiri deyib ki, o, çərşənbə axşamı Təhlükəsizlik Şurasının iclasına “fakta əsaslanan sübutlar” təqdim edəcək.

***

“Maxar Technologies” peyk şirkətinin sözçüsü bazar ertəsi bəyanatda bildirib ki, martın ortalarında Buça üzərində əldə olunan görüntülər “bu yaxınlarda sosial mediada küçələrdə cəsədlərin olduğunu və onların həftələr boyu orada qaldığını göstərən video və fotolar” təsdiq edir.

***

Britaniyanın müdafiə nazirliyi çərşənbə axşamı deyib ki, Ukrayna qüvvələri “Rusiya qüvvələrini Çerniqov ətrafı və Kiyevin şimalından geri çəkilməyə məcbur edəndən” sonra ölkənin şimalı hissəsində əraziləri geri alıblar. Nazirlik əlavə edib ki, həmin Rusiya qüvvələrinin Ukraynanın şərqində döyüşə hazır olmaları üçün “böyük ehtimalla yenidən təchiz olunmağa” ehtiyacları olacaq.

Ukrayna baş qərargahlar rəisi deyib ki, hazırda Rusiyanın əsas diqqətində şərqdəki Donetsk və Luqansk regionlarıdır və həmin ərazilər üzərində “tam nəzarəti” təmin etmək üçün qoşunlarını yenidən qruplaşdırır.

Buça və digər şəhərlərdə dağıntı səhnələri Moskvaya qarşı ciddi qınaqlara səbəb olub.

İtaliya və Danimarka çərşənbə axşamı Rusiya diplomatlarını ölkədən çıxardıqlarını elan edib. Bundan öncə Litva, Fransa və Almaniya da bənzər addımlar atıb.