vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
19:09 | 8 aprel 2022 | Cümə Məqaləyə 1142 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“MEDEF İnternational” rəhbəri Bakıda

Filip Qotyeni Qarabağdakı quruculuq maraqlandırır

MÖVZU İLƏ ƏLAQƏLİ

Aprelin 8-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə olan Fransa Şirkətlər Hərəkatı – “MEDEF İnternational” təşkilatının baş icraçı direktoru Filip Qotye və aparıcı fransız şirkətlərinin nümayəndələri ilə görüşüb.

Görüşdə Azərbaycanla Fransa arasında səmərəli əməkdaşlığın formalaşdığı qeyd olunub. Fransanın aparıcı şirkətlərinin nümayəndələrinin Azərbaycana mütəmadi səfərləri iqtisadi əlaqələrin dərinləşməsinə marağın təzahürü kimi qiymətləndirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı tikinti-abadlıq və yenidənqurma işlərinin fəal şəkildə davam etdirildiyi, çox qısa vaxt ərzində və daxili maliyyə imkanları hesabına əhəmiyyətli nəticələr əldə olunduğu vurğulanıb. Postmüharibə dövründə bərpa və yenidənqurma işlərinin sürətinə və əhatəsinə görə Azərbaycanın dünyada qabaqcıl təcrübənin əsasını qoyduğu bildirilib.

Fransanın görüşdə iştirak edən “Airbus”, “Alstom”, “Suez”, “Thales”, “Egis”, “Oberthur Cash Protection”, “Arverne Group” və digər qabaqcıl şirkətlərinin nümayəndələri tərəfindən Azərbaycan və Fransa arasında iqtisadi əlaqələrin dərinləşməsinə, yeni sahələr əhatə olunmaqla əməkdaşlığın genişlənməsinə maraq ifadə edilib. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma layihələrində Fransanın işgüzar dairələrinin iştirak etmək niyyəti diqqətə çatdırılıb.