vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
AVROPA  
11:59 | 11 aprel 2022 | Bazar ertəsi Məqaləyə 714 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Makronun şansı daha çoxdur

Fransa prezident seçkilərinin qalibi ikinci turda bilinəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransada keçirilən seçkilərin yekun nəticələri bəlli olub. Səslərin 100 faizi sayıldıqdan sonra Makronun 27,6 faiz səs topladığı bildirilib. İkinci yerdə gələn Le Pen isə 23,41 faiz səs toplayıb.

Jan-Lük Melanşon seçicilərin 21,95 faizinin etimadını qazana bilib.

İkinci turda Makron və Le Pen rəqabət aparacaq. Jan-Lük Melanşon da daxil olmaqla solçu və sağ mərkəzçi namizədlərin Makronu dəstəklədiklərini nəzərə alsaq, Fransanın fəaliyyətdə olan dövlət başçısının yenidən bu ölkənin prezidenti seçiləcəyi ehtimalı daha böyükdür.

Seçkilərin ilkin nəticəsi bəlli olduqdan sonra, Le Penə qarşı ən sərt çağırışı Jan Lük Melanşon səsləndirib. Tərəfdarlarına müraciət edən Melanşon bəyan edib ki, Le Pen onların bir səsini belə qazanmamalıdır. Fransa respublikaçılarının təmsilçisi, sağ mərkəzçi Valeri Pekress də tərəfdarlarını Makrona səs verməyə çağırıb. Hazırda Melanşon və Pekress də daxil olmaqla, tərəfdarlarını indiki prezidentə səs verməyə çağıranların sayı dördə çatıb.

Birinci turda seçicilərin 7,05 faiz səsini toplayan ifrat sağçı Erik Zemmur və 2,07 faiz səslə 9-cu sırada yer alan “Ayağa qalx, Fransa” sağçı partiyasının sədri Nikolya Dyupen-Enyan tərəfdarlarını Le Penə səs verməyə çağırıblar.

Emmanuel Makronu dəstəkləyən namizədlər – Jan-Lük Melanşon seçicilərin 21,95, Valeri Pekress 4,79, Yannik Jado 4,58, Ann İdalqo 1,74 faizinin səsini toplayıb. 2,31 faiz seçici səsini toplayan Fransa kommunistlərinin lideri Fabyen Rassel Makronu dəstəklədiyini bəyan etməsə də, tərəfdarlarını Le Penə səs verməməyə çağırıb.

İkinci turda solçuların Le Penə səs verəcəkləri tamamilə istisna olunur. Lakin Makronu dəstəklədiyini bəyan edən sağçı Valeri Pekressin tərəfdarlarının bir hissəsinin Le Penə səs verə biləcəkləri istisna olunmur.

Birinci turun nəticələrini əsas götürsək, Emmanuel Makron ikinci turda 52-57 faiz səs toplaya bilər. Mövcud şərtlər daxilində, radikal sağçıların təmsilçisi Le Penin ikinci turda qalib gəlmək ehtimalı çox azdır. Radikal sağçılar bu seçkilərdə son 30 ilin ən böyük nəticəsini qazanıblar və ikinci turda sağ və sağ mərkəzçi qüvvələrin mərkəzçi Makronu dəstəkləyəcəyi ehtimalı daha böyükdür. Makronun qurucusu olduğu “İrəli, Respublika” partiyasının liberalizm, sosial-liberalizm, iqtisadi liveralizm, neoliberalizm, Avroatlantizm və avropaçılıq ideyalarının sintezindən ibarət ideoloji platforması mahiyyət etibarilə həm solçuların, həm də radikallar istisna olmaqla, sağ və sağ mərkəzçilərin ideoloji baxışlarına daha yaxındır.