vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
12:55 | 11 aprel 2022 | Bazar ertəsi Məqaləyə 990 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Makronun ikiüzlü oyunları

15 respublikadan 14-ü Fransanı ikiüzlü dövlət sayırlar

Elçin ALIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

11.04.22 - 15 respublikadan 14-ü Fransanı ikiüzlü dövlət sayırlar...



Fransada bu gün prezident seçkilərinin ilk turu keçirildi.

Eqosentrizm olmasın, amma bir qədər bələd olduğum və yaşadığım ölkədəki siyasi situasiya barədə yazmaq istərdim.

Fransada indi inflyasiyanın illik səviyyəsi 4,56 faizə çatıb. İlk baxışdan kiçik rəqəm təsiri bağışlaya bilər, amma 37 ildən bəri Fransada ən yüksək həddir və üstəlik, proqnozlardan da artıqdır.

İnflyasiyanın yaxın zamanlarda səngiyəcəyini deyənlər çox azdır. Fransa iqtisadiyyatındakı vəziyyəti rəqəmlərdən daha çox nəqliyyatda çalışanların etiraz aksiyaları səciyyələndirir.

Çünki avtomobil, bəlli, benzin tələb edir. İki gündən bir bakı benzinlə doldurmaq isə 140 avroya başa gəlir ki, bu da az pul deyil.

Bu prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq o, Ukraynadakı situasiyadan asılı olacaq. Yəni ya Avropa İttifaqının təmərküzləşdirilən mövqeyini dəstəkləməli, ya da ABŞ-ın göstərişlərini yerinə yetirməlidir.

Emmanuel Makronun indiyədək ifa etdiyi ikili oyun daha alınmayacaq.

Fransadakı demoqrafik vəziyyət, yaxud fertillik indeksi də ürəkaçan deyil. Sözügedən indeks 2,1 olmalı halda 1,8-dir, ölkədə əhali sayı azalmaqda davam edir.

Digər tərəfdən Korsikada separatçıların son bir ay yarımda səngiməyən aksiyaları, havaların qəflətən soyuması nəticəsində fermerlərə dəyən böyük ziyanlar, elə həmin fermerlərin son iki ildə ən genişmiqyaslı etiraz aksiyaları keçirmələri - bunlar da ciddi problemlərdir.

Xarici siyasətə gəldikdə isə...

Postsovet məkanında yalnız Ermənistanla “normal” münasibətlər var: yerdə qalan ölkələr Fransanı ikiüzlü dövlət sayırlar.

Afrika və Yaxın Şərqdə rəsmi Parisə etibar edənlərin sayı sürətlə azalır.

Çinlə də münasibətlər normallıqdan çox uzaqdır.

Ən başlıcası isə Fransa artıq solçulardan, sağçılardan və mərkəzçilərdən ibarət üç düşərgədən ibarətdir.

Seçkilərin qalibi bunu nəzərə almalıdır: onun hər addımını rəqib düşərgə mənsubları az qala zərrəbinlə izləyəcəklər.

Əsas seçki deyil - seçkidən sonra olacaqlardır.