vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
17:00 | 13 aprel 2022 | Çərşənbə Məqaləyə 640 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Beş il öncənin eynisi

Makron və Le Pen prezident seçkilərinin ikinci mərhələsində

MÖVZU İLƏ ƏLAQƏLİ

Emmanuel Makron qələbə qazanır... Hələlik.

Ondan az fərqlə geridə ifrat sağçı Milli Yürüş partiyasının lideri Marin Le Pendir.

Bazar günü seçkilərinin daha bir böyük qalibi səsvermədən imtina edənlərin sayı idi. Səs vermək hüququ olanların dörddə biri səsvermədə iştirak etməyib. Son ana qədər qərarsız olanların sayı da az deyildi.

Polet Jan-Batist, seçici: “Mən bütün səsvermə kağızlarını götürdüm, amma hələ də bilmirəm kimə səs verim. Çünki o qədər yalan var ki... Ona görə də, məntəqədə olanda qərar verəcəm, prezidentə səs verim, yoxsa digərlərinə...”

Patrik Jirado, seçici: “Mən hazırkı prezidentimə – cənab Makrona səs verdim. Səbəb odur ki, son beş il mənim üçün heç də pis deyildi. İkincisi isə, bu çox önəmlidir, onun rəqibi mənə görə qorxuludur. Fransa üçün qorxuludur.”

Amma xeyli sayda fransalı bu hissləri bölüşmür. Onlar üçün Le Pen çox cəlbedici görünür. Bu, prezident seçkilərində onun üçüncü namizədliyidir. Bu dəfə Le Pen kampaniyasını sadə mövzular üzərində qurub. Yaşayış xərcləri və... pişikləri.

Bu dəfə o, müsəlman qadınların baş örtüyünün qadağan edilməsi və ya Fransanın NATO və Avropa İttifaqı üzvlüyündən çıxması kimi səs-küylü təklifləri haqda az danışır.

Le Penin sağçı rəqibi Erik Zemmur onu mərkəz siyasətçi kimi görünməyə vadar edir. Bazar günü məğlubiyyətindən sonra Zemmur seçicilərini ikinci mərhələdə Le Penə səs verməyi çağırdı.

Paralel olaraq prezident Makron nəhayət ki, seçki təşviqatına qoşulur. Birinci mərhələdə o bunu nadir hallarda edirdi. Ekspertlər deyir ki, bu, başqa meyarlara bərabər, onun səslərinə təsir edib.

Nikol Bakaran, siyasi təhlilçi: “Makron seçicilərin qarşısında olmalıdır. O çox ciddi təşviqat aparmalıdır. Hər yerdə olmalı, hər kəslə danışmalı, hər mövzuya toxunmalıdır. Xüsusən də seçkilərə təsir edən mövzular. Maaşlar, yanacaq qiyməti, icarə... Hamısı. O fəal olmalıdır”.

Keçən seçkilərdə olduğu kimi, ilk mərhələdə məğlub olan namizədlərdən bir neçəsi seçiciləri ifrat sağa qarşı Markronu seçməyə çağırır.

Amma hamısı yox. Seçkilərin ilk mərhələsində ciddi səslə üçüncü olan Jan-Lyuk Melanşon seçicilərini Le Penə səs verməməyə çağırsa da, Makrona səs vermələrini də deməyib.

Mari Rötç, Melanşon dəstəkçisi: “Mən heç ağlıma gətirə bilmirəm ki, ifrat sağ Fransada qalib gələ bilər. Bu baş verə bilərsə, mən narahatam. Mən o zaman Fransadan məyus olacam”.

Rötç deyir ki, seçkilərin ikinci mərhələsində Makrona səs verəcək.

Amma hələlik aydın deyil ki, prezidentdən və ya bütövlükdə siyasi mühitdən yorulmuş fransalı seçicilər eyni cür edəcəkmi?

Və bu, ekspertlərin fikrincə, Marin Le Pen üçün yaxşı nəticələnə bilər.