vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
AVROPA  
22:24 | 16 aprel 2022 | Şənbə Məqaləyə 584 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ukrayna özünü müdafiə edir”

Marko Buşman: “Kiyevə silah vermək müharibədə tərəf olmaq deyil”

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyanın ədliyyə naziri deyir ki, Ukraynaya tanklar və digər ağır silahların göndərilməsi beynəlxalq hüquq altında onun ölkəsinin Rusiyaya qarşı müharibəyə girməsinə bərabər olmaz.

Ədliyyə Naziri Marko Buşman aprelin 16-da “Welt am Sonntag” qəzetində dərc olunan müsahibəsində deyib ki, beynəlxalq hüquq silahların çatdırılmasını müharibəyə daxil olmaq kimi qiymətləndirmir.

Buşman deyib ki, bu səbəblə də, əgər Ukrayna “qanuni özünümüdafiə hüququndan istifadə edərsə, ona silah verməklə dəstək vermək Almaniyanı müharibədə bir tərəfə çevrilə bilməz”.

Nazirin bu sözləri Almaniya hökuməti Kiyevin Berlindən ağır silah almaması ilə bağlı şikayət etməsindən sonra Ukraynaya 1 milyard avro verməyi planlaşdırdığını bildirməsindən bir gün sonraya təsadüf edib.

Hökumətin sözçüsü AFP-yə bildirib ki, Berlin müdafiə sektorunda qlobal miqyasda beynəlxalq yardımını 2 milyard avroya çatdırmaq qərarına gəlib və bunun “ən böyük hissəsi Ukraynaya hərbi yardım formasında planlaşdırılır”.

Almaniya rəsmiləri bildiriblər ki, Ukraynaya ayrılan vəsait Kiyevin hərbi alış-verişi üçün istifadə olunacaq.

Almaniya ilə Ukrayna arasında siyasi gərginlik son günlərdə Kiyev Almaniya Prezidenti Frank-Valter Staynmayerin ziyarət təklifini rədd edəndən sonra artıb. O, daha öncə xarici işlər naziri ikən Rusiyaya qarşı həddən artıq barışdırıcı siyasətdə “səhvləri”n olduğunu etiraf etmişdi.

Bir çox Almaniya siyasətçiləri və vətəndaşları Ukraynanın Rusiyanın əsassız hücumuna qarşı mübarizəsində Kiyevə nə dərəcədə hərbi yardım edib-etməməli olduğunu müzakirə ediblər.

Qərb ölkələri, başda Birləşmiş Ştatlar olmaqla, Ukrayna liderlərinin ümidsiz çağırışları fonunda Kiyev qüvvələrinə silahların çatdırılmasını sürətləndiriblər.

Almaniya indiyədək münaqişə zamanı Ukraynaya yüz minlərlə dollar humanitar yardım göndərib.

Sosial Demokrat kansler Olaf Şoltz hələ ki, tanklar, helikopterlər və təyyarələr kimi ağır silahlar göndərmək ehtimalı ilə bağlı qəti ictimai açıqlama verməyib, baxmayaraq ki, onun mərkəz-solçu koalisiyası daxilində bu cür yardım üçün çağırışlar artıb.

Şoltz Ukraynaya ağır silah göndərməkdə tərəddüd etdiyi üçün Almaniyada tənqidlərlə üzləşib, baxmayaraq ki, Berlin Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulub və Rusiyadan Almaniyaya təbii qazın nəqli üçün inşa edilən 12 milyard dollarlıq Şimal Axın 2 boru kəmərini təsdiq etməyib.