vaxtlı-vaxtında oxuyun! Bazar, 3 iyul 2022
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
00:03 | 20 aprel 2022 | Çərşənbə Məqaləyə 235 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Boş söz yığnağı...

Kreml il yarımdır eyni məzmunlu xəbərlər yayımlayır, ortada ciddi nəticə yoxdur

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı danışıqlar yekunlaşıb. Kremlin mətbuat xidmətindən yayımlanan xəbərdə deyilir ki, tərəflər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması prosesini sürətləndirmək barədə razılığa gəliblər.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşləri çərçivəsində konstruktiv işin davam etdirilməsinin və üç liderin noyabrın 10-da imzaladığı razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarı olduqları bildirilib. Tərəflər Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının qarşısının alınması üzrə Üçtərəfli İşçi Qrupun fəaliyyətini aktivləşdirmək də qərara alınıb. 

Kremldən yayımlanan xəbər boş söz yığnağından ibarətdir. İl yarımdır Kreml eyni məzmunlu xəbərlər yayımlayır, ancaq ortada ciddi nəticə yoxdur. Kremlin vasitəçiliyi ilə nə sərhədlərin müəyyənləşməsiylə bağlı danışıqlar intensivləşib, nə də 3 ölkənin baş nazirlərinin müavinləri kommunikasiyalar xətlərin açılması istiqamətində irəliləyiş əldə ediblər. Nikol Paşinyanın və daha əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın qısa müddət ərzində Moskvaya çağrılmasının tək səbəbi var: Kreml Avropa İttifaqının vasitəçiliyini əngəlləmək istəyir. Brüssel Kremlin planlarından xəbərdardır və bilir ki, Moskva İrəvana təzyiq etməklə gedişatı poza bilər. Təsadüfi deyil ki, Nikol Paşinyan Moskvaya yollanmadan əvvəl Avropa İttifaqının rəhbəri Şarl Mişel ona zəng edib və izah edib ki, Kremlin Brüsselin planlarını pozmağa imkan verməsin. Şarl Mişel Cənubi Qafqaz üzrə nümayəndəsi Toivo Klaarı Bakıya göndərib. O bu gün prezident İlham Əliyevlə görüşüb. Rəsmi Bakı Brüsselin vasitəçiliyinə önəm verir. Paşinyan da Brüsselin vasitəçiliyindən faydalanmaq istəyir, sadəcə ölkəsinin ağasından çəkinir.

***

Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib ki, Qarabağda hələ çox problem var. Bununla Kreml sahibi vəziyyətdən detallarına qədər xəbərdar olduğunu nümayiş etdirib. Problemi yaradan Sizin hərbçilərlə erməni separatçılarının birgə fəaliyyətidir. Bu açıqlamadan bəlli olur ki, Rusiya postlarının və Qarabağda Rusiya bayraqlarının sayının artırılması təlimatını da elə Kreml sahibi verib. Putin daha sonra deyib ki, Paşinyanla Qarabağın təhlükəsizliyi məsələsini müzakirə edəcək. Kreml sahibi bu cümləsiylə Qarabağın Ermənistana dəxli olmadığı reallığını qəbul etmək istəmir. Rusiya prezidenti Azərbaycana aid Qarabağ mövzusunu Ermənistanın baş naziri ilə müzakirə edirsə, burda xoş niyyət yoxdur.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)