vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
13:52 | 27 aprel 2022 | Çərşənbə Məqaləyə 501 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Quterreş əliboş döndü

Kreml BMT Baş katibinin iki xahişini rədd etdi

ELXAN

MÖVZU İLƏ ƏLAQƏLİ

BMT baş katibi Antonio Quterreşin Moskvada Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşü nəticəsiz qaldı. BMT baş katibinin Kremldən iki xahişi var idi: Rusiya Ukraynada işğalçı müharibəni dayandırsın və Mariupoldan mülki insanların çıxarılmasına şərait yaradılsın. Kreml Antonio Quterreşin hər iki xahişini rədd etdi.

BMT baş katibi Moskvadan əvvəl Ankarada Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla görüşüb Rusiya-Ukrayna müharibəsinin dayandırılmasıyla bağlı fikir mübadiləsi aparmışdı. Bu faktın özü BMT-nin Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçilliyinə verdiyi müsbət qiymətə dəlalət edir. Buna baxmayaraq, Kreml Ankaranın təşəbbüslərini qulaqardına vurmaqda davam edir. Misal üçün Türkiyə rəsmiləri həftələrdir Kremlə təklif edirlər ki, Türkiyənin mülki gəmiləri Mariupol sakinlərini liman üzərindən təhlükəsiz yerə daşısın. Cavab yoxdur.