vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
17:14 | 28 aprel 2022 | Cümə axşamı Məqaləyə 778 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zelenski Quterreşlə görüşür

“Bu müharibə nə qədər tez bitsə, Ukrayna, Rusiya və dünya üçün bir o qədər yaxşıdır”

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün (aprelin 28-də) BMT-nin Baş Katibi Antonio Quterreşi qəbul edir. Görüş Ukraynanın Rusiyanın enerji təchizatına embarqo qoyulmasına çağırdığı, ABŞ prezidenti Co Baydenin isə Ukraynaya hərbi, iqtisadi və humanitar yardım təklifi hazırladığı vaxta təsadüf edib.

Quterreş Rusiya qüvvələrinin ərazidən çəkilməsindən sonra mülki əhalinin cəsədlərinin aşkar edildiyi Buça da daxil olmaqla, Kiyevin ətrafındakı əraziləri gəzib. Bu görüntülər mümkün müharibə cinayətlərinin araşdırılması üçün çağırışlara səbəb oldu və Quterreş Rusiyanı araşdırmalar aparan Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlığa çağırıb.

“Mən Beynəlxalq Cinayət Məhkəməsini tam dəstəkləyirəm və Rusiya Federasiyasına müraciət edirəm ki, məhkəmə ilə əməkdaşlıq etsin. Ancaq biz müharibə cinayətlərindən danışarkən, cinayətlərin ən pisinin müharibənin özü olduğunu unutmamalıyıq,” Quterreş deyib .

Birləşmiş Millətlər Təşkilatının rəhbəri Ukraynaya gəldikdən sonra deyib ki, o, “humanitar dəstəyi genişləndirmək və mülki əhalinin münaqişə zonalarından təxliyəsini təmin etmək” istəyir. Bu mövzular bu həftənin əvvəlində Rusiya Prezidenti Vladimir Putin və Xarici İşlər Naziri Sergey Lavrovla danışıqlarının bir hissəsi olub.

“Bu müharibə nə qədər tez bitsə, Ukrayna, Rusiya və dünya üçün bir o qədər yaxşıdır”, – Quterreş “Twitter”də yazıb.

Ukrayna prezidentinin müşaviri Mixailo Podolyak cümə axşamı Rusiyanın əsas enerji sənayesinə embarqo tətbiq edilməsinin “vaxt məsələsi” olduğunu deyib.

Avropa dövlətləri Rusiya neft və qazından asılılığını azaltmaq və ya aradan qaldırmaq üçün addımlar atsalar da, Ukrayna rəsmilərinin embarqoya çağırışı ilə bəzi liderlər bu yolun nə qədər tez davam edəcəyi ilə bağlı ehtiyatlılıq ifadə edib.

Podolyak “Twitter”də yazıb ki, Rusiyanın enerji təchizatından yayınmaq həm mənəvi məsələ, həm də Rusiyanın “dünyanın gözündə etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş olmaması” məsələsidir.