vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNEY  
14:01 | 29 aprel 2022 | Cümə Məqaləyə 940 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Urmiya bələdiyyə üzvlərinə ittihamlar

Yerli seçkilərdən narazı qalan hökumət dəyişiklik üçün korrupsiya bəhanəsini gətirir

Əlirza QULUNCU

MÖVZU İLƏ ƏLAQƏLİ

Urmiya bələdiyyəsində rüşvət və korrupsiya işi ilə əlaqədar mühakimə edilən 101 müttəhimdən 84-ü haqqında ittihamnamə hazırlanıb. Fars-molla rejiminə bağlı “Mehr” agentliyinin Qərbi Azərbaycan Ədliyyə İdarəsinə istinadən yaydığı xəbərə görə, barələrində ittihamnamə hazırlanan 84 nəfərdən 23-ü Urmiya şəhər şurasının sabiq və hazırki üzvü, 35 nəfəri isə Urmiya bələdiyyəsinin vəzifəli şəxsləridir.

Ədliyyə idarəsinin rəisi Nasir Ətəbati haqlarında ittihamnamə hazırlanan şura üzvləri və vəzifəli şəxslərin vəzifədən uzaqlaşdırılacağını bildirib.

Keçən təqribən 2 ilin ərzində Urmiya bələdiyyəsində rüşvət və korrupsiya halları ilə əlaqədar bir neçə dəfə həbslər baş verib. 2021-ci ilin yanvar ayında xəbər agentlikləri dönəmin bələdiyyə başqanı Məhəmməd Həzrətpurun saxlandığına dair xəbər yaymışdılar.

Son illərdə Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan vilayətlərinin bəzi şəhərləri daxil olmaqla, İranda bir çox bələdiyyədə həbslər baş verib.

İran bələdiyyələrində korrupsiya hallarına dair xəbərlər zaman-zaman mətbuatda yayılsa da, rəsmi agentliklərdə digər dövlət qurumları ilə bağlı oxşar xəbərlərə yer verilmir.

İnqilab Qvardiyasına (SEPAH) bağlı şirkətlər, habelə birbaşa İranın ali ruhani lideri Seyyid Əli Xameneyinin nəzarətində olan qurumlar ilə əlaqədar korrupsiya xəbərləri davamlı şəkildə sosial şəbəkələr və xaricdə fəaliyyət göstərən mediada yayılır. Lakin İran daxilində fəaliyyət göstərən media qurumları bu növ xəbərləri əks etdirmir.