vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
16:04 | 30 aprel 2022 | Şənbə Məqaləyə 1231 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Biz onlara köçmək üçün vaxt verdik”

İlham Əliyev: “Ermənilər həmin 10-20 gündə əraziləri minaladılar”

ELXAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyev minaların təmizlənməsi ilə bağlı suala cavab verərkən müharibənin bitməsindən sonra 200-dən artıq hərbçi və mülki vətəndaşımızın minaya düşərək həlak olduğunu və ya ağır yaralandığını xatırladaraq Kəlbəcər istiqamətində minaların müharibədən sonra yerləşdirildiyini bildirdi: “Biz onlara 10-20 gün arası vaxt verdik ki, noyabrın 10-da imzalanmış razılaşmaya əsasən tərk etməli olduqları ərazilərdən çıxsınlar. Lakin onlar bu müddəti minaların basdırılmasına sərf etdilər”.

Prezidentin çıxış etdiyi saatlarda Laçında mina partlaması nəticəsində növbəti vətəndaşımızı itirdik. Azərbaycan Laçına alternativ koridorun inşasını bitirmək üzrədir. İyun və ya iyul ayında koridor alternativ yola keçəcək və 2020-ci il 10 noyabr bəyanatına görə Laçın şəhəri və ətraf kəndləri nəhayət ki, nəzarətimizə keçəcək. Ermənilər bunu bildiklərindən növbəti təxribata əl ataraq Kəlbəcərdə olduğu kimi çıxdıqları yerləri minalamağa çalışacaqlar. Rusiya sülhməramlıları buna mane olmayacaqlar. Ona görə bütün gücümüzü bunun qarşısını almağa yönəltməliyik, azad olunan əraziləri minalardan təmizlədiyimiz dövrdə erməni separatçılarına Laçını və ətrafını minalamağa imkan verməməliyik.