vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
01:22 | 1 may 2022 | Bazar Məqaləyə 1426 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dərinliklərə irəliləmək

Zəngəzurun bu hissəsini geri ala bilərik

Asif NƏRİMANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası üzrə birgə komissiyasının formalaşmasının gündəmdə olduğu vaxt Əliyev elan etdi ki, “biz bütün xəritələrdən istifadə edəcəyik – 1918-ci ildən və hətta ondan əvvəlki dövrün xəritələrindən başlayaraq Sovet İttifaqının dağıldığı dövrə qədərki xəritələrə qədər”. Və əlavə etdi ki, “əlbəttə, bu, bizim birgə işçi qruplarımızın danışıqlarının tərkib hissəsi olacaq”.

Sərhədin delimitasiyası Rusiyadakı xəritələr əsasında aparılacaq və bu xəritələr SSRİ-nin yaranmasından – 1922-ci ildən başlayır, lakin Əliyevin “1918-ci ildən, hətta ondan əvvəlki dövrün xəritələrini” əsas götürməsi iki məqamı önə çıxarır:

1. Hədəf manevridir: Bakı danışıqlarda Zəngəzuru, İrəvanı da masaya gətirməklə hədəfi böyüdür və bu, istəyini almağa hesablanmış gediş ola bilər;

2. 1929-cu ilə qədər verilən ərazilərin alınmasıdır: Prezidentin də dediyi kimi, Zəngəzur Ermənistana veriləndə hazırda mövcud olduğu 42 kilometrlik sahədən daha ensiz idi, sonradan ermənilər bu ərazini 42 kilometrə qədər genişləndirdilər.

SSRİ yarandıqdan sonra, xüsusilə 1926-29-cu illərdə Naxçıvanın 9 kəndinin və Kilit kəndinin torpaq sahələrinin bir hissəsi Ermənistana “pay” kimi verildi, o cümlədən, 1929-cu ilə qədər Zəngilan rayonunun tərkibində olan Nüvədi kəndi də bu ad altında ermənilərə hədiyyə olundu. Əliyev də bilir ki, masadakı xəritələr SSRİ-nin yaranmasından sonrakı dövrü əhatə edəcək, lakin məhz 1918-ci ilin xəritəsini gündəmə gətirməklə Zəngəzurun Ermənistana verildiyi və sonrakı dövrdə genişləndirilməsinin müqayisəsini önə sürməyi planlaşdırır. 

Və bu, 1926-29-cu illərdə Ermənistana “pay” edilən ərazilərin – Naxçıvana daxil olan ərazilər, eləcə də Nüvədi – geri qaytarılmasına hesablanıb. Buna nail olacaq:

– Ermənistan sərhədlərində qalan Mehrinin dərinliklərinə qədər irəliləyə bilərik;

– Zəngəzur dəhlizinin keçəcəyi ərazinin bir hissəsini nəzarətə götürərik;

– İran-Ermənistan sərhədi hazırki vəziyyətlə müqayisədə yarıya qədər darala bilər (Tehranı narahat edən əsas məqamlardan biri də budur).

Prezidentin açıqlaması Bakının masaya məhz bu paketlə əyləşəcəyini deməyə əsas verir.