vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
09:55 | 5 may 2022 | Cümə axşamı Məqaləyə 1116 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Manyakın etirafları

Rusiyalı əsgərin telefonda anası ilə işgəncə müzakirələri (18+)

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Ukraynada əsl soyqırımla məşğuldur. Bu, müharibədə vuruşan əsgərin anası ilə telefon danışığı deyil. Bu, günahsız insanların qanuna susamış vəhşinin, psixi pozuntulu insanın, manyakın etiraflarıdır.

Ukraynanın Təhlükəsizlik Xidməti rusiyalı hərbçi Konstantin Solovyov anasına ukraynalılara necə divan tutmasından danışdığının lent yazısını yayıb.

K.Solovyov müharibə başlayandan bəri 21 ukraynalını xüsusi amansızlıqla, dəhşətli işgəncələrlə öldürdüyünü deyir.

Həzlə, təfərrüatı ilə.

“Heç bilirsən “qızılgül” nədir? Əl və ayaq barmaqlarında dərini soyursan, qızılgülə bənzəyir.

Sonra bir ukraynalını rezin dəyənələklərlə döydük. Ölənədək.

Başqa birisinə boru saldıq, borunun içindən də bədəninə tikanlı məftil yeritdik. Sonra borunu çıxarırsan, tikanlı məftili tələsmədən geriyə dartırsan. Adamın içi dağılır.

Maraqlı idi.

Əsirləri gətirəndə işgəncələrdən əvvəl ayaqlarını vurub sındırırıq ki, qaça bilməsinlər”, K.Solovyov anasına “hesabat” verir.

Ana Tatyana Solovyova da dinləyir, oğlunu dəstəkləyir, “ukraynalılar insan deyil, yaxşı edirsən” deyir.

Konstantin Solovyovun sözlərinə görə, xidmət etdiyi hərbi hissənin mənsubları - sıravilər və zabitlər - dinc ukraynalıları qarət edir, döyür, işgəncə verir, öldürürlər.

İşgəncələrdə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları da iştirak edirlər.

“Əvvəl elə bilirdim dəli olacağam. Amma sonra öyrəşdim. İndi həzz alıram. 21 nəfərə işgəncə verib öldürdüm. Əladır”, - K.Solovyov deyib.

Daha sonra Konstantin evə dönəndə atası Dmitri Solovyova necə işgəncələr verərək öldürəcəyini anasına danışır. Anası da gülür, ərinə veriləcək işgəncələri oğlu ilə müzakirə edir.

“Mən sənə həmişə demişəm ki, burada özümü güclə saxlayıram. Oraya düşsəydim mən də o murdarlara, “xaxol”lara (“xaxol” rusiyalı şovinistlərin ukraynalılara verdikləri təhqiramiz addır) divan tutardım. Həzz alardım! Ukraynalılar insan deyillər!”, - Tatyana Solovyova söyləyib.

20 yaşlı Konstantin Dmitriyeviç Solovyov Rusiya Silahlı Qüvvələrinin 11-ci ordu korpusundakı 3-cü rotada, 3-cü vzvodda pulemyotçu kimi xidmət edir. Rusiya Federasiyasının Kaliniqrad vilayəti, Sovetsk şəhəri, Lesnaya küçəsi, ev 6A, mənzil 13 ünvanda daimi qeydiyyatdadır.

Tatyana Alekseyevna Solovyova (Qolovaşkina) isə 41 yaşlıdır, həmin ünvanda qeydiyyatdadır.