vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
AVROPA  
20:22 | 14 may 2022 | Şənbə Məqaləyə 745 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kremldən vətəndaşlarına xəbərdarlıq

Ruslara “dost olmayan” Britaniyaya səyahət etməmələri barədə xəbərdarlıq edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya vətəndaşlarına Britaniyaya səfər etməmək barədə xəbərdarlıq edib və buna səbəb olaraq Londonun Rusiyaya qarşı “dost olmayan kursunu” göstərib.

Moskvada Rusiyanın Xarici İşlər Nazirliyi mayın 13-də bəyanat yayaraq bildirib ki, Rusiya vətəndaşları son günlərdə Birləşmiş Krallığa səfər etmək üçün Britaniya vizası almaqda problemlərlə üzləşirlər.

Nazirliyin məlumatına görə, Britaniyanın Moskvadakı elçiliyi Rusiya rəsmilərinə bildirib ki, səfirliyin viza bölməsi əsasən ukraynalı qaçqınların müraciətləri üzərində işləyir ki, bu da Rusiya vətəndaşlarının viza almaq proseslərini ləngidir.

Nazirlik əlavə edib ki, Qərbin Rusiyanın maliyyə qurumlarına tətbiq etdiyi sanksiyalardan sonra, “VISA” və “Mastercard” ödəniş kartları ilə viza rüsumlarını ödəmək mümkün deyil və bu da, Britaniyaya viza almaq prosesini daha da qəlizləşdirir.

Qərb ölkələri fevralın 24-də Ukraynaya əsassız hərbi müdaxiləsi səbəbilə Rusiyaya sanksiyalar tətbiq edib.

“Böyük Britaniyanın bizim ölkəmizə qarşı son dərəcə qeyri-dost kursunu nəzərə aldıqda və bütün maddi itkilərin və başqa mümkün problemlərin qarşısını almaq üçün, biz Rusiya vətəndaşlarından, mümkün olduğu halda, Böyük Britaniyaya səfər etməkdə və Britaniya viza almağa cəhd etməkdən yayınmağı tövsiyə edirik. Vəziyyət normallaşmayanadək, biz ingilis xalqına qarşı eyni cür hərəkət edəcəyik”, bəyanatda deyilir.