vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNEY  
19:42 | 14 may 2022 | Şənbə Məqaləyə 562 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Yatan millət, çəkər zillət”

Ərdəbil küçələrində ərzağın bahalaşmasına etiraz olunub

Əlirza QULUNCU

MÖVZU İLƏ ƏLAQƏLİ

Sosial şəbəkələr və internet səhifələrində yayılan görüntülər İranın müxtəlif vilayətlərində əsas qida məhsullarının bahalaşması fonunda küçə etirazlarının təşkil olunduğunu göstərir. Bəzi şəhərlərdə prezident İbrahim Rəisi və ali lider Seyid Əli Xameneiyə qarşı şüarlar səsləndirilib.

Mayın 13-də Ərdəbilin Şəriəti Meydanında təşkil olunan etiraz aksiyası dəyənəkdən istifadə edən polis qüvvələrinin sərt müdaxiləsi ilə dağıdılıb. Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, az iki etirazçı saxlanılıb.

Ərdəbildən göndərilən videogörüntülərin birində etirazçıların “yatan millət, çəkər zillət” şüarını səsləndirdikləri eşidilir. Etirazçılar həmçinin şüarlar səsləndirərək polis qüvvələrindən istəyirlər ki, aksiyaya müdaxilə etmək yerinə əhalinin yanında olsunlar.

İran dövlətinin qida fabrikləri və bəzi çörək zavodlarının subsidiyasını ləğv etməsinin ardınca un, habelə çörək, makaron, qənnadı məmulatları kimi un məhsullarının qiyməti kəskin şəkildə bahalaşıb. Dövlət problemi ənənəvi çörək subsidiyası və kupon sistemi ilə həll edəcəyini vəd edib. Açıqlamalara görə, ödəniləcək çörək subsidiyası adambaşına günlük 250 qram çörəyə bərabərdir.

Un və un məhsullarının qiymətində kəskin artım fonunda Şərqi Azərbaycan vilayətinin polis idarəsi və digər dövlət qurumları çörək dükanlarına nəzarətin gücləndirilməsi yönündə birgə fəaliyyətə başlayıblar. Vilayətdə çörək mağazalarına nəzarət üçün 45 təftiş komandasının təyin edildiyi açıqlanıb.