vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BÖHRAN  
10:08 | 19 may 2022 | Cümə axşamı Məqaləyə 517 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Onlar Ukraynaya sağ gərəkdir

Baxışlara, bükülməmiş ruha, parçalanmayan əzmə baxın

Elçin ALIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Cəsarət mənəviyyatın rəşadətidir. Fotoya diqqətlə baxın. Zavoddan çıxan döyüşçülərdir. Rusiya propaqandası onları təslim olan kimi təqdim edir.

Halbuki…

Baxışlara, bükülməmiş ruha, parçalanmayan əzmə baxın. Beləsi əsir, təslimçi olmaz, ola bilməz.

Onlar Ukraynaya sağ gərəkdir.

Döyüş texnika ilə udulmur, savaş silahla zəfərlə bitmir.

Texnikanı və silahı qələbə vəsiləsinə çevirən onlarla davranan insanlar, o insanların ruhu, əzmi, qəlbidir.

Mariupol, “Azovstal”. Zavoddan çıxan “Azov” döyüşçüləri.

Onlar tam 81 gün Rusiyanın on minlərlə hərbçisinin, minlərlə zirehli texnikasının, yüzlərlə təyyarəsinin aramsız hücumlarına sinə gərdilər.

Başlarına od yağsa da, geri çəkilmədilər, “Azovstal”ı hələ də alınmamış qalaya çevirdilər.

Onlar “Azov” alayının döyüşçüləridir.

Silahı yerə qoydular sonda bəziləri.

Çünki güllələr tükənmişdi.

Su, ərzaq, dərman tükənmişdi.

Çünki “Azov” döyüşçülərinin sığındıqları bunkerlərə zəhərli qazlar buraxılırdı, fosforlu kaset bombaları atılırdı.

Cəsarət - qorxmazlıq, şüur - Xeyir və Şəri dərk etmək, güc - əməli bacarmaqdır.

Əsl qəhrəman isə bu üç məziyyəti özündə əxz etdirəndir.

“Azov” döyüşçüləri təki.

Bütün dünyaya sonsuz Vətən sevgisi, sönməz Yurd yanğısı, bitməz Millət sədaqətinin nə olduğunu göstərən canlı əfsanələr.

Tale də cəsurlardan çəkinir, qorxaqları əzir.

Çünki məhz cəsarət talenin zərbələrini cılızlaşdırar.

Yaşasın “Azov”!

Yaşasın ki, Ukraynanı yaşatsın...