vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
10:34 | 5 iyun 2022 | Bazar Məqaləyə 625 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Biz Putini alçatmamalıyıq”

Makronun çağırışı Ukraynada etirazla qarşılandı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba dünya liderlərini Ukrayna münaqişəsinə diplomatik həll yolu tapmaq imkanlarını qoruyub saxlamaq üçün Rusiya Prezidenti Vladimir Putini “alçaltmamağa” çağıran Fransa Prezidenti Emmanuel Makronu məzəmmət edib.

“Rusiyanı alçaltmamaq çağırışları Fransa və bu çağırışı edən hər bir başqa ölkəni alçaldır, çünki Rusiya özünü alçaldır”, – Kuleba şənbə günü “Twitter”də yazıb. “Yaxşı olar ki, iz diqqətimizi Rusiyanı yerinə otuzdurmağa yönəldək. Bu sülh gətirəcək və həyatları xilas edəcək”.

“Biz Rusiyanı alçatmamalıyıq ki, döyüş bitən gün, diplomatik üsullarla çıxış yolu əldə edə bilək”, – Makron şənbə günü regional qəzetə müsahibəsində bildirib. O əlavə edib ki, o, Parisin münaqişəyə son qoymaq üçün vasitəçi rolu oynayacağına inanır.

Makron Moskva fevral ayında Ukraynaya hərbi müdaxilə edəndən bəri Rusiya Prezidenti Vladimir Putinlə dialoqu davam etdirməyə çalışıb. Onun mövqeyi dəfələrlə Avropadakı bəzi Avropadakı şərq və Baltikyanı tərəfdaşlar tərəfindən tənqid olunub, çünki onlar bunun Putinə danışıq masasına oturmaq üçün təzyiq göstərmək səylərinə xələl gətirdiyini düşünür.

Makron hərbi müdaxilə başlayandan bəri Kiyevlə Moskva arasında atəşkəs əldə etmək və etibarlı danışıqlara başlamaq məqsədilə Putinlə mütəmadi olaraq danışıb.

“Mən düşünürəm və ona da demişəm ki, o, xalqı, özü və tarix üçün tarixi və fundamental səhv edir”, – Makron deyib.

Fransa Ukraynaya həm hərbi həm də maddi dəstək verib, amma Makron digər Aİ liderləri kimi simvolik siyasi dəstək nümayişi olaraq indiyə qədər Kiyevə səfər etməyib ki, Ukrayna onun bunu etməsini istəyir. Makron səfər edəcəyini istisna etmədiyini deyib.

Paris Ukraynaya hücum silahları, o cümlədən Fransa ordusunun ehtiyatından götürülən Sezar haubitsa topları göndərir. Makron deyib ki, o, silah istehsalçılarını istehsalı sürətləndirməyə çağırıb.

Luqansk bölgəsinin qubernatoru şənbə günü bildirib ki, Rusiya qüvvələri Ukraynanı Severodonetsk şəhərində dinc əhaliyə yardım çatdırmasının və şəhərə əlavə hərbi qüvvə gətirməsinin qarşısını almaq üçün Severski Donets çayının üzərindəki körpüləri partladırlar.

Sergey Qayday televiziyada yayımlanan çıxışında deyib ki, Ukrayna ordusu Severodonetskin içindəki mövqeyini qorumağa davam edir və bir neçə yerdə Rusiya qüvvələrini geri çəkir.

“Onlar addım-addım irəliləyirlər. Onlar sadəcə olaraq hər şeyi artilleriya, təyyarə, minomyot və tanklarla dağıdırlar”, – “The Guardian” qəzeti Qaydaydan sitat gətirib. “Amma bizdə kifayət qədər Qərbin uzun-mənzilli silahları olduğu an, onların artilleriyasını mövqelərimizdən uzaqlaşdıracağıq. Ondan sonra, inanın mənə, rus piyadaları, qaçacaqlar”.

Ukrayna ordusu bildirib ki, Rusiya qoşunlarını gücləndirib və həftələrdir Moskva qüvvələri tərəfindən bombardan edilən şəhərdə “hücum əməliyyatları keçirmək” üçün artilleriyadan istifadə edir.

“Düşmən Severodonetsk şəhərində artilleriyanın dəstəyi ilə hücum edir, qoşunlarını İkinci Ordu Korpusunun səyyar ehtiyatları ilə gücləndirib, şəhərdə döyüşlər davam edir,” Ukrayna ordusu şənbə günü bildirib.

Ancaq ordu əlavə edib ki, Rusiya qüvvələrinin qonşu Baxmut şəhərində irəliləyiş əldə etmək cəhdləri uğursuz olandan və Severodonetskə girişi kəsəndən sonra, onlar geri çəkiliblər. Britaniyanın Müdafiə Nazirliyi şənbə günü bildirib ki, Rusiya təyyarələri Ukraynanın Donbas bölgəsinə həm idarə olunan həm də idarəolunmayan raketlərlə zərbələr endirir.

“Rusiyanın münaqişənin ilk günlərində Ukraynanın strateji hava hücumundan müdafiə sistemlərinin qarşısını ala və ya məhv edə bilməməsi onun quru manevr elementlərinə taktiki hava dəstəyi vermək imkanlarını məhdudlaşdıraraq Kiyevə doğru irəliləyə bilməməsinə səbəb olub”, – nazirlik bildirib.

Nazirlik deyib ki, nəticədə Rusiya hava fəaliyyətini Ukrayna qoşunlarının və təchizatların hərəkətinə əngəl olmaq üçün hava və qurudan atılan qanadlı raketlərdən istifadə etməklə dərin zərbələr endirməyə məhdudlaşdırıb, ancaq bunların münaqişəyə heç bir mənalı təsiri olmayıb və Rusiyanın dəqiqliklə idarə olunan raket ehtiyatlarının əhəmiyyətli dərəcədə tükəndiyi ehtimal olunur.

“İdarəolunmayan raketlərdən istifadənin artması Donbasda yaşayış məntəqələrində genişmiqyaslı dağıntılara və demək olar ki, əhəmiyyətli dərəcədə mülki itkilərə səbəb olub”, – o əlavə edib.

Britaniya kəşfiyyatı ehtimal edir ki, Rusiya indi Ukraynanın şərqində Luqansk bölgəsinin 90 faizindən çoxuna nəzarət edir və növbəti iki həftədə bölgənin tam nəzarətini ələ keçirmək ehtimalı yüksəkdir.