vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
15:10 | 7 iyun 2022 | Çərşənbə axşamı Məqaləyə 586 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kutuzovun ölümü təsadiqləndi

Məhv edilən rusiyalı generalların sayı 13-ə çatdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Donetskdəki separatçı qruplaşmanın rəhbəri Denis Puşilin sözlərinə görə, general Roman Kutuzov Luqansk vilayətində gedən döyüşlərdə ölüb.

Ukraynanın şərqindəki separatçılar daha bir yüksək rütbəli rusiyalı generalın ölüm xəbərini təsdiqləyib.

Hərbi komandir, general-mayor Roman Kutuzov Ukrayna ordusu ilə savaşda ölüb.

Donetskdəki separatçı qruplaşmanın rəhbəri Denis Puşilin iyunun 7-də özünün Telegram hesabında general Kutuzovla vidaşaldıqlarını yazıb.Onun yazdığına görə, general Luhansk vilayətində gedən döyüşlərdə ölüb.

Bir neçə kremlpərəst jurnalist hələ İki gün əvvəl Kutuzovun Luqansk vilayətinin Popasna rayonu, Nikolayevka kəndi yaxınlığında öldürülməsi barədə məlumat yaymışdılar.

Amma bu məlumat istər Ukrayna, istərsə də Rusiyanın rəsmi orqanları tərəfindən hələ ki, təsdiqlənməyib.

Rusiya Dövlət Teleradio şirkətinin əməkdaşı Aleksandr Sladkovun sözlərinə görə, general Kutuzov fevralın 24-də Moskvanın Ukraynaya hücumundan sonra öldürülən dördüncü rus generalıdır.

Rusiya tərəfi öz itkiləri barədə az məlumat versə də, bir sıra müstəqil kütləvi informasiya vasitələri (KİV) Ukraynada daha çox Rusiyalı zabitin həlak olduğunu yazırlar.

“The New York Times” qəzeti bu yaxınlarda Ukraynada 12 rusiyalı generalının öldürülməsi barədə məlumat yaymışdı.