vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BÖHRAN  
22:18 | 7 iyun 2022 | Çərşənbə axşamı Məqaləyə 418 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Dünya Bankından ciddi xəbərdarlıq

Qlobal iqtisadiyyatın yavaşlaması, inflyasiyanın artması ilə bağlı ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya Bankı qlobal artımla bağlı proqnozlarını 1,2 faizdən 2,9 faizə endirdiyi vaxt çərşənbə axşamı bildirib ki, dünya 2022-ci il üçün “zəif artım və yüksək inflyasiyanın uzun sürən dövrünə” daxil olur.

Dünya Bankı bir çox ölkənin iqtisadi tənəzzüllə üzləşə biləcəyini əlavə edib.

Beynəlxalq qurum problemi əsas etibarilə COVID-19 pandemiyası ilə əlaqələndirir və Rusiyanın Ukraynaya qarşı təcavüzünün də amil olduğunu bildirib.

“Staqflyasiya təhlükəsi bu gün kifayət qədər böyükdür”, – Dünya Bankının prezidenti Devid Malpass hesabata yazdığı ön sözdə deyib. “Dünyanın əksər hissəsində zəif sərmayə qoyuluşu səbəbindən artan inflyasiya, ehtimal ki, on il ərzində davam edəcək. İndi bir çox ölkədə inflyasiyanın onilliklər ərzində ən yüksək həddə çatdığı və tədarük artımının yavaş olacağı gözlənildiyi fonda inflyasiyanın daha uzun müddətdə daha yüksək həddə qalması riski var”, – deyə o əlavə edib.

Dünya Bankı hesab edir ki, qlobal artım inflyasiyanın bir çox iqtisadiyyatlarda yüksək olaraq qalması ilə 2023 və 2024-cü illərdə 3 faiz civarında olacaq.

Qurum ABŞ-da artımın keçən illə müqayisədə 5,7 faiz olmasına baxmayaraq, bu il yalnız 2,5 faiz olacağını qeyd edib.

Bankın proqnozuna görə, Avropada da keçən il 5,4 faizlə müqayisədə 2,5 faiz artım gözlənilir.

Dünya Bankının bildirdiyinə görə, Çində bu il 4,3 faiz artım gözlənilirdi ki, bu da keçən il 8,1 faizlə müqayisədə daha aşağı göstəricidir. Qurum bunu COVID-19 səbəbi ilə ölkədə sərt karantin tədbirləri ilə əlaqələndirib.