vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AVROPA  
12:19 | 13 iyun 2022 | Bazar ertəsi Məqaləyə 694 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cənab Şoltsun etirafı

Kansler Almaniyanın Rusiya ilə bağlı hansı qərarını səhv sayır?

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniya kansleri Olaf Şolts Rusiyadan enerji tədarükü probleminin həllində səhvləri etiraf edib. Onun fikrincə, indi Almaniya mümkün qədər tez, lakin təhlükəsiz şəkildə Rusiyadan enerji idxalından müstəqil olmalıdır. Bu barədə yerli “Welt” qəzeti yazıb.

Kanslerin sözlərinə görə, Rusiyanın hətta böhran vəziyyətlərində belə etibarlı iqtisadi tərəfdaş olması ilə bağlı köhnə düstur artıq tətbiq olunmur.

O həmçinin Almaniya regionlarına Rusiyaya qarşı sanksiyaların fəsadlarının aradan qaldırılmasında dəstək vəd edib.

“Neft embarqosu yanacaqdoldurma məntəqələrinin qiymətlərində böyük regional fərqlərə səbəb olmamalıdır. Mənim üçün bu, həmrəylik məsələsidir”, – O.Şolts bildirib. (report.az)