vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
10:02 | 17 iyun 2022 | Cümə Məqaləyə 793 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Mal bizim, qayda bizim”

Qaz satışı ilə bağlı cığallıq Moskvanın “siyasi təzyiq və ya qisas motivləri”dir

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın qaz nəhəngi “Gazprom” Almaniya və İtaliyaya verilən qazın həcmini azaldandan sonra şirkətin rəhbəri deyib ki, “Moskva öz qaydaları ilə oynayır”.

Aleksey Miller iyunun 16-da Peterburqda keçirilən beynəlxalq forumda müzakirə zamanı deyib: "Mal bizim, qaydalar bizim. Biz özümüzün yaratmadığımız qaydalarla oynamırıq”.

Bundan bir gün əvvəl “Gazprom” Almaniyaya verilən qazın həcmini yarıbayarı azaldıb. “Gazprom” bildirir ki, buna səbəb Almaniyanın “Siemens” şirkətinin “Şimal Axını 1” boru kəmərindəki kompressorun təmirini yubatmasıdır.

Berlin bu hərəkətin siyasi olduğunu deyib və bildirib ki, Moskvanın məqsədi qeyri-müəyyənlik yaradaraq qiymətləri qaldırmaqdır. Miller “Gazprom”un Avropaya qazın nəqlini azaltdığını təsdiqləyib. Rusiyadan Almaniyaya Şimal Axını 1 boru kəməri ilə verilən qazın həcmi iyunun 16-da daha da azaldılıb.

Beləliklə verilən qazın həcmi 40 faizə düşüb.

***

İtaliyanın enerji nəhəngi Eni də bildirib ki, “Gazprom” ona sifariş edilən qazın yalnız 65 faizini verəcək.

İtaliyanın ekoloji keçid naziri Roberto Sinqolani deyib ki, Rusiyanın qazın həcmlərini azaltmasının arxasında Moskvanın “siyasi təzyiq və ya qisas motivləri” ola bilər.

Şərhçilər diqqəti belə bir məqama çəkirlıər ki, “Gazprom”un qazın həcmlərini azaltması Fransa, Almaniya, İtaliya və Rumıniya liderlərinin iyunun 16-da Kiyevə səfəri ilə eyni vaxta təsadüf edib.

Liderlər prezident Vladimir Zelenski ilə görüşdən sonra deyiblər ki, Ukraynaya Avropa İttifaqı üzvlüyünə namizədliyin “dərhal” verilməsini istəyirlər.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, qaz həcmlərinin azaldılması cari təmir işləri ilə bağlıdır.

Rusiya Ukraynaya hücum edəndən sonra Polşa, Bolqarıstan, Danimarka və Niderlanda qazın nəqlini dayandırıb. Moskva nəql etdiyi qaz üçün ödənişləri rublla tələb edəndən sonra Avropada bir neçə müştərilərini itirib. Avropa İttifaqı ölkələri Rusiyadan qaz alışını azaldıb, lakin bir neçə Aİ ölkəsinin Rusiya qazından son dərəcə asılılığına görə ondan tam imtina edə bilmir.