vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
DÜNYA  
23:26 | 17 iyun 2022 | Cümə Məqaləyə 765 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çindən ABŞ-a güc nümayişi

Pekin üçüncü təyyarə daşıyan gəmisini suya buraxmaq, ikinciliyi əldə etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Çin cümə günü yerli istehsal olan üçüncü təyyarə daşıyan gəmisinin açılışını edib. Bu haqda məlumatı hökumət mediası yayımlayıb.

Ordusunu modernləşdirməyə davam edən Çin bununla rəqib güclərə, o cümlədən ABŞ-a qarşı gücünü nümayiş etdirib.

Şampan, rəngli lentlər, su və tüstü fonunda gəminin Şanxaydakı Jianqnan gəmiqayırma zavodunda suya buraxılma və rəsmi ad vermə mərasimi keçirilib.

Mərasimdə Mərkəzi Hərbi Komissiyanın sədr müavini Şu Qilianq da daxil olmaqla yüksək rütbəli rəsmilər və onlarla Çin Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti gəminin qarşısında düzülərək milli himni oxuyub.

Dövlət mediasının verdiyi məlumata görə, təyyarə daşıyan gəmi katapult qalxış sistemi ilə tam ölçülü uçuş göyərtəsinə malikdir.

Fujian 2019-cu ilin sonunda istismara verilən Shandonq və Çinin 1998-ci ildə Ukraynadan işlənmiş formada alaraq ölkə daxilində yenidən təchiz etdiyi Liaoning gəmilərinin sırasına qoşulacaq.

Bu tip gəmilərdən 11-nə malik ABŞ onların sayına görə birinci yerdə gəlir. Britaniya isə iki ədədi istismarda olan gəmi ilə Çindən sonrakı sırada dayanır.

Fujianın istismara buraxılması Tayvan və Pekinin Cənubi Çin dənizinə iddiaları ilə əlaqədar ABŞ-la artan gərginliyin fonunda Çin ordusunun artan qabiliyyətini nümayiş etdirir.

Yeni aviadaşıyıcı Tayvanda yerləşən Xalq Azadlıq Ordusunun Şərq Komandanlığına ev sahibliyi edən sahilyanı Fujian vilayətinin şərəfinə adlandırılıb.

Tayvan özünü idarə edən demokratik quruluşa malik ada ölkəsidir. Lakin Çin Tayvanı öz ərazisi hesab edir və adanı Pekinin nəzarəti altına almaq üçün güc tətbiq etməkdən heç vaxt imtina etməyib.