vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNEY  
11:58 | 18 iyun 2022 | Şənbə Məqaləyə 622 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şovinist kürd yazarı Təbrizə buraxmadılar

Qütbəddin Sadiqi ikinci Qarabağ savaşı vaxtı Azərbaycana qarşı irqçi çıxışlar edibmiş

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney azərbaycanlı milli fəalların və mədəniyyət xadimlərinin etirazlarından sonra kürd yazıçı və Fars Dili Akademiyasının üzvü Qütbəddin Sadiqi Təbrizdən qovulub.

Qeyd edək ki, milli fəallar kürd şovinist yazar Təbrizə gələrsə, konfransın boykot olunacağını bəyan etmişdilər.

Nizami konfransının təşkilatçıları onu çıxışçılar siyahısından çıxarıb, əvəzinə tədqiqatçı Ərdəşir Rüstəminin adını yazıblar.

Qeyd edək ki, ikinci Qarabağ müharibəsi zamanı Qütbəddin Sadiqi özünün sosial media hesabında və İran mediasında Azərbaycana qarşı etdiyi irqçi çıxış etmişdi. Bu üzdən onun Təbrizə gəlməsi geniş etirazlarla qaşılanmışdı.