Ukrayna Aİ-yə qoşulurmu?
“Biz onların bizimlə birlikdə Avropa xəyalını yaşamalarını istəyirik”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aİ-dən “Dəmir Pərdə” xəbərdarlığı...
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Aİ Macarıstanın “saqqızını oğurladı”
Rəsmi Budapeşt 5,8 milyard qrant qarşılığında Ukraynaya nəzərdə tutulan yardıma hə dedi
-
Aİ-nin gizli həbsxanaları
Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...
-
Bolqarıstandan Aİ-yə etiraz
Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu
-
Zaqreb üçün böyük gün
Aİ Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib
-
Şengen genişlənir
Xorvatiyanın üzvlüyə prəblem olmadığı halda, 1 ölkə Rumıniyanın, 2-si isə Bolqarıstanın əleyhinədir
-
“Yeni iqtisadi şoklar”
Rusiya Mərkəzi Bankı hesabat açıqladı
-
“Biz birləşmiş və güclüyük”
Avropa İttifaqı Rusiyaya 9-cu sanksiya paketini açıqladı
-
Aİ İsrail polisi ilə əməkdaşlığı dondurur
Netanyahunun qurduğu koalisiya qoca qitəni narahat edir
-
Avropada Çin polis məntəqələri
Mühacirləri izləmək və zorla ölkəyə qaytarmaq üçün fəaliyyətdə olublar
-
Avropada “çirkli pul” araşdırması
25 ölkədə keçirilən əməliyyatda 2500 nəfər həbs olunub
-
“Üzərində işləyirik”
Rusiya neft ticarətində maksimum qiymətdən istifadəni qadağan etməyə hazırlaşır
-
“Hazırda təhlillər aparırıq”
Kremldən neft qiyməti qərarına etiraz
-
İranla Aİ arasında kritik görüş
KOPE-nin son vəziyyəti və MAQATE ilə əməkdaşlıq müzakirə edilib
Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Komissiyasının Ukraynaya Avropa İttifaqına namizəd statusunu vermək tövsiyəsini alqışlayıb. Rusiya Prezidenti Vladimir Putin isə Qərbi Moskvaya sanksiya tətbiq etdiyinə görə pisləyib, Aİ-nın qərarına əhəmiyyət verməyib.
Putin cümə günü Sankt-Peterbuq Beynəlxalq İqtisadiyyat Forumunda çıxış edib. Orada o, Qərbi “müstəmləkə təkəbbürü”ndə və Rusiyanı “axmaq” sanksiyalarla əzməyə çalışmaqda ittiham edib.
Ancaq o deyib ki, Ukraynanın Avropa İttifaqına qoşulmaq niyyətinə “qarşı” olmadığını deyib.
Putin bildirib ki, Ukraynada “xüsusi hərbi əməliyyat” davam edəcək və onun sözlərinə görə, “Qərbin düşmənçiliyinə” qarşı Rusiyanın suverenliyi və gücünü vurğulayıb.
“Hazırkı vəziyyətdə, bizə qarşı artan risklər və təhdidlər fonunda, Rusiyanın xüsusi hərbi əməliyyat aparmaq qərarı məcburi idi – çətin əlbəttə ki, amma məcburi və lazımi”, – Putin deyib.
O bildirib ki, ABŞ “tarixin gedişatını dəyişməyə çalışıb” və Qərbi anti-Rusiya əhval-ruhiyyəsini gücləndirməkdə və “Ukrayna ərazisinin aktiv hərbi mənimsənilməsində” ittiham edib.
Onun çıxışı Rusiya Ukraynanın şərqində Donbas bölgəsində hücumlarını davam etdirdiyi bir vaxta təsadüf edib. Ukrayna ordusu cümə günü bildirib ki, hücumlar Sloviansk və Severodonetsk şəhərində davam edib. Rusiya və müttəfiqləri Donetskin yarısına və Luqanskın demək olar tamamına nəzarət etdiklərini deyir. Severodonetsk və ətraf kəndləri Luqanskın Ukraynanın nəzarətində olan son hissələridir.
***
Avropa İttifaqının başçısı cümə günü deyib ki, Ukrayna rəsmi olaraq namizədlik üçün dəyərləndirilməlidir.
“Biz hamımız bilirik ki, ukraynalılar Avropa perspektivi uğrunda ölməyə hazırdırlar”, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen deyib. “Biz onların bizimlə birlikdə Avropa xəyalını yaşamalarını istəyirik”.
Zelenski cümə günü bu qərarı alqışlayıb və bildirib ki, “Bu, Aİ üzvlüyü yolunda ilk addımdır və şübhəsiz ki, qələbəmizi yaxınlaşdıracaq”.
Bu tövsiyə 27 ölkədən ibarət ittifaqa üzv olmaq prosesində ilk addımdır. Avropa İttifaqı liderləri bu ayın sonunda görüşərək komissiyanın tövsiyəsini nəzərdən keçirəcəklər.
Komissiya həmçinin Moldovanın namizəd olmasını tövsiyə edib, ancaq Gürcüstanı etməyib.
Putin cümə günü deyib ki, Ukraynanın Aİ-yı qoşulmasına qarşı çıxmır, çünki Aİ NATO-dan fərqli olaraq hərbi ittifaq deyil.
“Biz buna qarşı deyilik. İqtisadi birliklərə qoşulub-qoşulmamaq onların suveren qərarıdır… Bu onların, Ukrayna xalqının öz işidir”, – Putin deyib.
Ukrayna Rusiyanın hərbi müdaxiləsindən bir neçə gün sonra Aİ-na qoşulmaq üçün müraciət edib.