“Təhqiqatımızı aparırıq”
Türkiyə Rusiyanın Ukraynadan taxıl oğurlaması iddialarını araşdırır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyunun 23-də deyib ki, Ankara Rusiyanın Ukraynadan oğurladığı taxılı Türkiyə daxil bir neçə ölkəyə daşımasına dair iddiaları araşdırır.
“Reuters” agentliyi yazır ki, nazirin sözlərinə görə indiyədək oğurluq taxılın daşınması halları üzə çıxmayıb.
Ukraynanın Ankaradakı səfiri iyunun əvvəllərində demişdi ki, Rusiyanın Ukraynadan oğurladığı taxılın alıcıları arasında Türkiyə də var.
Səfir Türkiyədən bu məsələnin araşdırılmasını və məsuliyyət daşıyan şəxslərin aşkara çıxarılmasını xahiş etmişdi.
Rusiya bundan əvvəl Ukraynadan taxıl oğurladığına dair ittihamları rədd edib.
Ankarada Britaniyanın xarici işlər naziri Liz Trassla birgə keçirdiyi mətbuat konfransında Çavuşoğlu Ukraynanın oğurluq taxılın Türkiyəyə gətirilməsinə dair iddialarını inkar edib.
Nazir deyib ki, Türkiyə hələlik belə halları müşahidə etməyib və aparılan təhqiqatların nəticələri barədə Kiyevi məlumatlandırıb: “Biz hər bir belə iddianı ciddi qəbul edir və onların əsasında təhqiqatımızı aparırıq. Biz gəmilərin portlardan çıxışını müşahidə edirik və sözü gedən yüklərin sənədlərə əsasən Rusiyadan gəldiyini görürük. Biz Ukrayna taxılının və ya Rusiyanın Ukraynadan götürdüyü hər hansı başqa malların qanunsuz olaraq beynəlxalq bazarlarda satılmasının əleyhinəyik və Türkiyə olaraq belə yüklərin bizə gəlməsinə yol verməyəcəyik”.
Ukrayna XİN hələki Çavuşoğlunun bəyanatına münasibət bildirməyib.
Kiyev Rusiya Ukraynaya qarşı səbəbsiz və əsassız müharibəyə başlayandan sonra Türkiyəni Moskvanın üzərinə qoyulmuş sanksiyalara qoşulmamasına görə tənqid edib.
Bununla yanaşı Ukrayna Türkiyəyə hərbi və siyasi dəstəyinə, habelə vasitəçilik cəhdlərinə görə təşəkkürünü bildirib.
***
Rusiya və Ukrayna dünyada istehlak olunan taxılın təxminən üçdə birini yetişdirir. Bundan başqa Rusiyadan gübrə, Ukraynadan isə qarğıdalı və günəbaxan yağı ixrac olunur.
Lakin Ukraynanın dəniz limanları Rusiya tərəfindən blokadaya alındıqdan sonra Ukraynanın 20 milyon tonadək taxılı terminallarda qalıb.
BMT hər iki ölkəyə, habelə onların dəniz qonşusu Türkiyəyə müraciət edərək Ukrayna taxılının limanlardan çıxması üçün dəniz dəhlizlərinin açılmasına çağırıb.
Ankara bunun üçün BMT-nin təklif etdiyi planı bəyənib və Kiyev və Moskva ilə danışıqlar aparıb.
Lakin xəbər verilir ki, hələki razılaşma əldə olunmayıb.
Çavuşoğlu iyunun 23-də deyib ki, hazırda Ankara Ukrayna taxılının limanlardan çıxarılması üçün Moskva ilə danışqılar aparır.
Bundan əvvəl Rusiyanı Ukraynadan taxıl oğurlamaqda ABŞ və Britaniya ittiham etmişdilər.