vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
17:44 | 24 iyun 2022 | Cümə Məqaləyə 718 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lavrov Bakıdan əvvəl Tehrana niyə səfər edib?

Rusiya vaxtilə İrana satdığı silahları geri almaq istəyir

Təhməz ƏSƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

“Ermənistan silahlı qüvvələrinin bölmələri Laçın istiqamətində mövqelərimizi yenidən atəşə tutublar. İki gün əvvəl Azərbaycan tərəfinin Laçın dəhlizinə alternativ yolun çəkilişində artıq asfaltlanma işlərinə başlanıldığı ilə bağlı fotoları yaydı. Bu deməyə əsas verirmi ki, Ermənistan tərəfi Laçın dəhlizini və bütövlükdə Laçını Azərbaycanda təhvil verməməmək üçün məhz bu istiqamətdə təxribatlara törədir və bu təxribatlar qarşıdakı günlərdə daha çox ola bilər”. Bunu hərbi-siyasi ekspert, ermənişünas Telman Qasımov deyib.

O bildirib ki, alternativ yolun istifadəyə verilməsindən sonra etnik ermənilərin Azərbaycana daxil olub, çıxmaq məsələsi daha Laçın dəhlizindəki kimi olmayacaq: “Ermənistan tərəfi Laçın dəhlizinə alternativ olaraq açılacaq təzə yolun əleyhinədir. Ermənistan Laçın dəhlizindən məhrum olunarsa, yeni yol istifadələrinə verilərsə, demək olar ki, etnik ermənilərin Azərbaycana daxil olub, çıxmaq məsələsi daha Laçın dəhlizindəki kimi olmayacaq. Burada ilk öncə Ermənistandan Qarabağa getmək istəyənlər elə birinci Ermənistan sərhədində Rusiyanın orada quracağı yeni postlardan, rusların nəzarəti altında olan keçid məntəqələrindən keçəcəklər, ondan sonra Azərbaycan ərazisinə daxil ola biləcəklər.

Təbii ki, artıq Azərbaycan Laçın dəhlizindən fərqli olaraq yeni alternativ yola birbaşa nəzarət edəcək, öz postları, gömrük keçid məntəqələri qurulacaq. Buradan hər şeyə nəzarət ediləcək. Yəni ermənilər bunu çox gözəl anlayırlar ki, bu yeni yol açılarsa, onlar tam Azərbaycan tərəfindən nəzarətdə olacaqlar - kimlər gəlir, kimlər gedir. Əvvəlkilər kimi qanunsuz səfərlərə cəhd olacaqsa, bunların qarşısı birbaşa sərhədçilərimiz tərəfindən alınacaq. 

Bu baxımdan ermənilər bunu çox gözəl bilirlər. Onu da bilirlər ki, bu qeyri-qanuni səfərlərlə bağlı artıq birdəfəlik olaraq onların “kitabı bağlanır”. Üstəlik də Qarabağa nə aparacaqlar, nə gətirəcəklər, yenə də biz tərəfdən nəzarətdə olacaq.

Lavrovun səfəri ərəfəsində Qarabağda atəşkəsin pozulması, təxribat məsələsi heç də buna görə deyil. Lavrov Bakıdan öncə İranda idi. Onun İran səfərinin əsas məqsədlərindən biri Rusiyanın vaxtı ilə istehsal edib, İrana satdığı hərbi texnikaları yenidən onlardan geri almaq idi. Çünki Ukrayna ilə müharibədə artıq Rusiya demək olar ki, 60-70 faiz silah-sursatını, hərbi texnikasını bitirib. Yerdə ancaq raketlər qalıb.

Ona görə də Rusiya vaxtı ilə İrana satdığı o həmin o silah, texnikaları yenidən alıb gətirmək niyyətindədir. Bu da təbii ki, 3 ölkənin ərazisindən gedə bilər:

– Azərbaycan ərazisindən keçməklə Xəzər dənizi vasitəsi ilə;

– Ermənistan vasitəsilə Gürcüstana, Gürcüstandan da Rusiyaya.

Əgər hansısa bir ölkə bu məsələdə Rusiyaya yol verərsə, o ölkənin özü də müəyyən çətinliklərlə üzləşəcək. Düşünmürəm ki, Qərb, yaxud da ABŞ buna müsbət baxsın. Gələcəkdə bu ölkələr də sanksiyalara məruz qala bilərlər.

Təbii ki, Azərbaycan bundan tam şəkildə imtina edə bilər. Amma eyni sözü Ermənistan üçün deyə bilmərik, çünki Ermənistan birbaşa KTMT üzvüdür. Üstəlik Ermənistan bu il KTMT-yə sədrlik edir, bu o deməkdir ki, rəsmi İrəvan Rusiyanın həmin silahları daşıması üçün şərait yaratmalıdır. Çünki onların arasındakı müqavilələrdə bu məsələ öz əksini tapıb.

Bu baxımdan Lavrovun İrandan birbaşa Bakıya gəlməsi, həmin məsələ ilə bağlı yox, 10 noyabr bəyanatından da nəzərdə tutulan Zəngəzur dəhlizi ilə bağlı məsələ ətrafında geniş müzakirələr aparsın. Çünki Rusiya blokadadan çıxmaq üçün bu dəhlizdən istifadə etmək niyyətindədir”. (Milli.az)