vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
09:21 | 18 iyul 2022 | Bazar ertəsi Məqaləyə 921 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Söz müharibəsi şiddətləndi

Tərəflər bir-birini nüvə silahından istifadə ilə hədələyir

CAVİDAN

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın nüvə fəaliyyətləri ilə bağlı Qərb ölkələri ilə İran arasında danışıqların demək olar ki, dalana dirəndiyi bir vaxtda, özəlliklə Amerika prezidenti o Baydenin Yaxın Şərqə səfərindən sonra tərəflər arasında gərginlik artıb və İranla İsrailin bir-birlərini hücumla təhdid etmələri ciddiləşib.

“Mən Co Bayden və onun heyətinə açıq şəkildə bildirdim ki, İsrail İslam Respublikası ilə nüvə sazişinin əleyhinədir və İranın nüvə proqramı qarşısında siyasi fəaliyyət və əməliyyat azadlığı üçün tam hüququnu özündə saxlayır”-deyə, İsrailin baş naziri Yair Lapid iyulun 17-də bildirib.

Bununla yanaşı İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərazi Tehranın nüvə bombası yaratmaq üçün texniki imkanlara malik olduğunu və İsrailə dərinliklərinə zərbələr endirməyə hazır olduğunu deyib.

Kamal Xərazinin təhdid məzmunlu bu çıxışı Amerika və Avropa ölkələrinin İranın nüvə proqramının inkişafından narahatlıqlarını ifadə etmələri və Tehranın atom bombası yaratmağa çox yaxın olduğu barədə xəbərdarlıqlarından bir neçə gün sonraya təsadüf edir.

“Baydenin İsrailə səfəri zamanı onlar İranın nüvə silahı əldə etməsinin qarşısını alacaqlarına and içiblər və təbii ki, inqilab rəhbərinin fətvasına və şəriətə əsasən, atom bombası da daxil olmaqla, kütləvi qırğın silahlarının istehsalı ilə məşğul olmağa icazə verilmir. Ancaq bunu etmək istəsək heç kim bizə mane ola bilməz”-deyə, İranın Ədliyyə Sisteminin İnsan Haqları Qərargahının keçmiş katibi Məhəmməd Cavad Laricani də, İran rəsmilərinin təhdid çıxışlarına qoşulub. 

Rusiyanın beynəlxalq təşkilatlardakı səfiri və İranla nüvə danışıqlarında nümayəndə heyətinin rəhbəri Mixail Ulyanov da özünün “Twitter” hesabında İranı dəstəkləyən paylaşım edib.

O, “nüvə silahı əldə etmək gücünə malik olmaq onu yaratmaq demək deyil” yazıb.