vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
12:23 | 1 oktyabr 2022 | Şənbə Məqaləyə 1325 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İtkin düşən qız öldürülüb

Onunla sonuncu dəfə xalası və rəfiqəsi danışıb

CAVİDAN

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda etiraz aksiyalarında itkin düşən qızın məmurlar tərəfindən öldürüldüyü məlum olub. Hökumət onun meyitinin ailəsinə təhvil verilməsindən imtina edir.

Sentyabrın 20-i gecə saatlarında Tehranın Keşavərz bulvarında yoxa çıxan 17 yaşlı Nika Şakərəminin hökumət məmurları tərəfindən öldürüldüyü bəlli olub.

Gənc qızın ailəsi sentyabrın 30-da Tehranın Kəhrizək zindanında onun meyitini gördüklərini, ancaq hökumətin övladlarının meyitini onlara təhvil verməkdən boyun qaçırdığını deyirlər.

Nikanın xalası və rəfiqəsi onun son telefon danışığında xüsusi təyinatlı qüvvələrin hücum etdiyi, özünün isə onların əlindən qurtarmaq üçün qaçmağa çalışdığını dediyini bildiriblər.