Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Kreml konvensiyanı pozmaqla yanaşı sahilyanı ölkələri də təhdid edir
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
Xəzər sahili ölkələrin liderləri 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiq ediblər. Konvensiyanın 3-cü maddəsinin 2-ci bəndində “Xəzər dənizindən dinc məqsədlər üçün istifadə, onun sülh, mehriban qonşuluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin sülh yolu ilə həlli” nəzərdə tutulub.
Rusiya konvensiyanın bu bəndini artıq neçənci dəfədir pozur. Rusiyanın dəniz donanması illər öncə Xəzərdən Suriya ərazisini raket atəşinə tuturdu. O zaman bu etiraz doğurmurdu, çünki sözdə də olsa Suriyada terrorçu qruplaşmalar hədəf götürülürdü. Ancaq Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra bu dəfə Xəzərdəki donanmasından Ukrayna ərazisi raket atəşinə tutulur. Bu zaman Ukraynada infrastruktur dağıdılır, mülki insanlar həlak olurlar. Xəzər regionundan Ukrayna şəhərlərinin mülki infrastruktur obyektlərinə raketlərin atılması Konvensiyanın müddəalarını kobud şəkildə pozur.
Ukrayna Xəzər sahili ölkələrdən Azərbaycanla, Qazaxıstanla və Türkmənistanla tərəfdaşlıq münasibətlərinə malikdir. Belə çıxır ki, Rusiya həm Xəzər Konvensiyasını pozur, həm də bölgədən Xəzər sahili ölkələrin tərəfdaşının ərazisini bombalayır. Bununla Rusiya Xəzər dənizi akvatoriyasını hərbiləşdirir və təhlükə altına alır.
Kremlin Ukraynanı Xəzər akvatoriyasından bombalamasının bir neçə məqsədi var.
Birincisi, Xəzər qapalı su hövzəsidir. Bu akvatoriyada Xəzərə aid olmayan ölkələrin hərbi gəmilərinin üzməsi mümkün deyil. Ona görə Rusiya donanması Xəzərdən Ukrayna ərazisini bombalayarkən buradan özünə qarşı təhlükə gözləmir. Misal üçün Kreml Qara dənizdəki dəniz donanması vasitəsilə Ukraynanın bombalanmasına risk etmir. Çünki bu halda Ukraynanın cavabı olacaq. Qara dənizdə Ukraynaya tərəfdaş olan sahil ölkələri də Rusiya donanmasına problem yarada bilərlər.
İkincisi, Kreml Xəzər akvatoriyasından Ukraynanı bombalamaqla digər sahilyanı ölkələrə gücünü göstərir və Xəzərdə əsas hərbi gücün Rusiyaya məxsus olduğunu vurğulayır.
Xəzər sahili ölkələrin ayrılıqda Rusiyaya etiraz etməsi çətindir. Rusiya ona etiraz edən ölkəyə təzyiqi artıracaq. Buna baxmayaraq, Xəzər sahili ölkələrin Konvensiyanın pozulmasıyla bağlı ortaq bəyanat hazırlayıb yaymasına ehtiyac var. Kreml anlamalıdır ki, Xəzər sahili ölkələr mövcud vəziyyətdən narazıdırlar və akvatoriyadan Ukraynanın bombalanmasının dayandırılmasını tələb edirlər.