vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
AKTUAL  
22:13 | 16 oktyabr 2022 | Bazar Məqaləyə 736 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sadəcə səhvdir”

Netanyahu Baydenin İranla bağlı istəyini tənqid edib

MÖVZU İLƏ ƏLAQƏLİ

“ABŞ Prezidenti Cozef Baydenin İran və Fələstin məsələsi ilə bağlı siyasəti yanlışdır”. Bunu İsrailin keçmiş baş naziri Benyamin Netanyahu bildirib.

Onun sözlərinə görə, xüsusən də Amerika liderinin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpa etmək istəyi yanlışdır.

“Düşünürəm ki, Bayden İsrailə rəğbət bəsləyir, lakin onun Fələstin məsələsi və İranla bağlı siyasəti yanlışdır, sadəcə səhvdir. ABŞ-ın İranın nüvə proqramını dayandırmaq əvəzinə onu effektiv şəkildə canlandırmağa çalışması yanlışdır”.

İsrailin keçmiş baş nazirinin nöqteyi-nəzərindən JCPOA-nın bərpası regionda sülhə kömək etməyəcək, çünki bu, İranın nüvə silahı istehsalını davam etdirməsinə mane olmayacaq. (Report.az)