Azərbaycan İranı məğlub edə bilərmi?
Zəngəzur dəhlizi açılsa, İran 44 günlük müharibədən sonra uduzan ikinci ən böyük ölkə olacaq
E.HƏSƏNLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
“İranın üç konsulluğu bağlanıb”
Vətəndaşının edamı Almaniya hakimiyyətini hiddətləndirib
-
Nəsrullahın ölümü 5 sualda
Bu əməliyyatdan sonra Yaxın Şərq hərtərəfli müharibəyə sürüklənə bilər
-
SEPAH generalı da öldürülüb
Azərbaycanı hədələyən Nilforuşan “Hizbullah”ın bombalanan qərargahında olub
-
İranın Azərbaycana hücum etmə ehtimalı
Regional təsirlər və geosiyasi reallıqlar
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Peycer hücumundan sonra İran təhlükə altındadır
İsrail əməliyyatının əks-sədası Tehrana birbaşa hücum ehtimalını artırır
-
Pezeşkiyanın İsrail bəyanatı
Gərginliyi azaltmaq istəyi ilə bağlı çıxışdan sonra İranda gərginlik yaranıb
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
“Məni 2898 gün zindanda saxladılar”
Namazi İranda məruz qaldığı işgəncələri izah etməkdə çətinlik çəkib
-
ABŞ-dan İrana yeni sanksiyalar
SEPAH üzvləri və həbsxana rəsmilərinin olduğu 12 nəfərlik siyahı
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
Hicab taxmayanların sayı sürətlə artır
İranda diqqətçəkən mənzərə
-
“Qadınlar, həyat, azadlıq”
Parisdə yüzlərlə insan İran qadın hərəkatına dəstək nümayişi keçirib
İran-Azərbaycan münasibətləri Ərəb Dünyasında da yaxından izlənilir. Əlbəttə, bu, təsadüfi deyil. Bəllidir ki, ərəb ölkələrinin əksəriyyətində İrana nifrət hissi son dərəcə güclüdür. Səudiyyə Ərəbistanı ilə İranın münasibətləri isə müharibə həddinə çatıb. Əslində bu iki ölkə arasında müharibə gedir. İran Yəməndəki şiə üsyançıların əli ilə (proxy war) Səudiyyə Ərəbistanına qarşı neçə illərdir ki, müharibə aparır. Səudiyyə Ərəbistanının isə Ərəb Dünyasında xüsusi çəkisi var. İslam Dünyasının əsas müqəddəs şəhərləri də bu ölkədə yerləşir...
“The Arab Weekly” nəşri İran-Azərbaycan ilişkilərinin təhlili ilə bağlı “How an Armenia-Azerbaijan peace deal threatens Iran” (Ermənistan-Azərbaycan sülh razılaşması İranı necə təhdid edir) adlı məqalə dərc edib. Məqalənin müəllifi serbiyalı analitik Nikola Mikovic yazır ki, Əhalisinin əksəriyyətinin şiə olmasına baxmayaraq Azərbaycan İranın yağı düşməni olan İsraillə güclü hərbi əlaqələrə malikdir.
Məqalədə İranın keçirdiyi hərbi təlimə Azərbaycanın sərt reaksiyası, Zəngəzur dəhlizi (məqalədə Naxçıvan dəhlizi kimi keçir) məsələsinə İranın ağrılı münasibətinin səbəbi belə izah olunur: “Həqiqətən də, Naxçıvan dəhlizi tikilərsə, Türkiyəyə Cənubi Qafqaza yeni quru yolu əldə edəcək və bundan Türkiyə rəhbərliyi çox güman ki, enerji ilə zəngin regionda mövcudluğunu gücləndirmək üçün yararlanacaq. Türkiyə hətta Mərkəzi Asiya bazarlarına daha sürətli bir marşrut əldə edəcək, Ankara üçün bu, böyük bir geosiyasi qələbə deməkdir. Türkiyənin sahib olacağı nəqliyyat tramplinini həm də bu ölkənin bəzi iddialı pantürkist məqsədlərinin həyata keçirlməsinə imkan verəcək.”
Müəllif məqaləni belə bir sonluqla bitirir: “Bir şey dəqiqdir: Azərbaycanla İran arasında indiki münasibətlər nə dostluq, nə də qardaşlıq münasibətləridir. Azərbaycan dünyəvi dövlət olsa da, şiəlik iki ölkənin paylaşdığı yeganə dəyər kimi görünür. Bakı və Tehranın fərqli müttəfiqləri, fərqli prioritetləri və fərqli geosiyasi məqsədləri var. Beləliklə, əgər Azərbaycan Rusiyanın dəstəklədiyi Naxçıvan dəhlizinin tikintisinə nail olsa, İran 2020-ci il müharibəsində (44 günlük müharibə nəzərdə tutulur) uduzan ikinci ən böyük ölkə olacaq.”
P.S.: Ərəb Dünyasına barmaqarası baxmaq olmaz. Unutmayaq ki, bu dünyada yarım milyarda yaxın ərəb yaşayır...