vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AKTUAL  
11:41 | 16 noyabr 2022 | Çərşənbə Məqaləyə 633 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İkiüzlülük nümunəsi

Milli Məclisdə Fransa Senatının qətnaməsi pisləndi

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Məclisdə Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnamə pislənib. Parlamentin noyabrın 16-da keçirilən iclasında deputat Kamran Bayramov bildirib ki, Fransa beynəlxalq hüquqa zidd gedərək Azərbaycana qarşı qətnamə qəbul edib.

O qeyd edib ki, qətnamə adlanan bu kağız parçası islamafob, türkofob və ermənipərəst idarələrin əməlinin nəticəsidir.

K.Bayramov vurğulayıb ki, Fransanın bu cür addımları regionda gərginliyin artmasına, sülh prosesinin ləngiməsinə xidmət edir. “Fransa özünün əsl ermənipərəst mövqeyini nümayiş etdirir. Bu qətnamə riyakarlıq, ikiüzlülük nümunəsidir. Fransanın bu qərəzli bəyanatına siyasi qiymət verilməlidir”, – deyə deputat bildirib.

Deputat Tural Gəncəliyev isə qeyd edib ki, Fransa Senatının bu anti-Azərbaycan qətnaməsi Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı bir addımdır. “Beynəlxalq hüququn, sülhün qayğısına qalmalı olan bir ölkə beynəlxalq hüququ ayaqlar altına atır, beynəlxalq hüququn mənbələrinə çox ciddi zərbə vurur. Bundan sonra Fransanın hansı üzlə beynəlxalq hüquqdan, sülhdən danışacağı təəccüblüdür. Fransa bu qərəzli addımı ilə regionda sülh prosesinə ciddi zərbə vurur. Bu sənəd Fransanın destruktiv siyasətinin nəticəsidir. Özlərini yeni Napoleon hesab edənlər unutmamalıdır ki, Azərbaycanla bu üsulla danışmaq olmaz”, – deyə T.Gəncəliyev əlavə edib.

Deputat Cavanşir Feyziyev isə bildirib ki, bu qərəzli qətnamə Fransanın regionda öz geosiyasi maraqlarını təmin etmək istəyindən irəli gəlir. Deputat vurğulayıb ki, qətnamə bölgədə sülhün bərqərar olmasına maneçilik törədir:

“Regionda sülh güc mərkəzlərini, o cümlədən Fransanı qane etmir və onlar regionda gərginlik yaratmaqla öz maraqlarını təmin etməyə çalışır. Onlar anlamalıdır ki, bu cür addımlarla maraqlarını təmin edə bilməyəcəklər”, - deyə deputat bildirib. Digər deputatlar da bu qərəzli qətnaməni pisləyib və beynəlxalq qanuna zidd olduğunu diqqətə çatdırıb. (Trend.az)