vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
20:48 | 28 avqust 2024 | Çərşənbə Məqaləyə 102 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kiyev su altında qala bilər

Su bəndi hələ ki, Qərbin hava hücumundan müdafiə sistemləri ilə qorunur, amma ...

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Kiyevə hücumları zamanı şəhərdəki bəndin vəziyyəti ön plana çıxıb. Ölkənin ən böyük su anbarlarından birinə malik olan Kiyev bəndindən mümkün hücuma görə suyun boşaldılması, müharibədən əvvəl təxminən 3 milyon əhalisi olan paytaxtın mərkəzində böyük daşqınlara səbəb ola bilər.

Rusiyanın Ukraynaya qarşı intensiv bombardmanları zamanı paytaxt Kiyevdə bənd və su elektrik stansiyasına yaxın ərazilərin vurulması su anbarında olan milyonlarla kubmetr suyun şəhərə mümkün təsirlərini gündəmə gətirib.

Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Rusiyanın avqustun 26-da Ukraynaya qarşı başladığı hücumlar indiyədək məruz qaldıqları ən güclü bombardmanlardan biri olub. Rusiya ordusu uzun mənzilli, yüksək dəqiqliyə malik silahlar və silahlı pilotsuz uçuş aparatları ilə Ukraynanın enerji infrastrukturuna hədəfə alıb.

Paytaxt Kiyevdən 20 kilometr aralıda və şimalda Dnepr çayı üzərində yerləşən bənd və elektrik stansiyası SSRİ dövründə tikilib. Sözügedən tikili həm də 1960-cı illərdə ən sürətli tikilən obyektlərdən biri kimi qeydə alınıb. Hündürlüyü təxminən 40 metr və uzunluğu 288 metr olan Kiyev bəndi Dnepr, Kaxovka və Kanivdəkilərlə birlikdə ölkənin ən böyük su anbarlarından biridir.

Kiyevin ətraf yaşayış məntəqələri üçün mühüm su və enerji mənbəyi olan bənd sel və digər təbii fəlakətlərə qarşı böyük təminat verir. Kiyev bəndi 3,7 kub kilometr su həcminə görə ölkənin üçüncü ən böyük su ehtiyatı kimi tanınır. 1996-cı ildə əsaslı təmirdən keçən su elektrik stansiyası 440 meqavat quraşdırılmış gücü ilə Ukraynanın ən böyük su elektrik stansiyalarından biri kimi seçilir.

***

Son hücumlarda Kiyev bəndinin və yaxınlıqdakı Su Elektrik Stansiyasının hədəfə alınması 2023-cü ilin iyununda Ukraynanın Xerson vilayətindəki Kaxovka Su Elektrik Stansiyasının bombalanması və dağıdılmasını xatırladıb. Ukraynanın Xerson vilayətində yerləşən, lakin Rusiyanın nəzarəti altında olan bənd bombardman nəticəsində ciddi ziyan görüb.

Ukrayna ordusu bəndin vurulmasına görə Rusiyanı günahlandırsa da, Moskva rəsmiləri Ukraynanı obyekti sabotaj etməkdə ittiham edib. Bir çox yaşayış məntəqəsinin su altında qaldığı hadisədə təxminən 3 min insan təxliyə edilib.

Ölkənin ən böyük su anbarlarından birinə malik olan Kiyev bəndindən mümkün hücuma görə suyun buraxılması paytaxt Kiyevin ortasından keçən Dnepr çayının suyunun sürətlə artmasına səbəb olacaq. Müharibədən əvvəl təxminən 3 milyon əhalisi olan paytaxtın mərkəzində belə bir vəziyyətin böyük daşqınlara səbəb olub-olmayacağı ilə bağlı dəqiq proqnozlar yoxdur.

Digər tərəfdən, elektrik stansiyasının istehsal gücünün itirilməsi Kiyevin istilikdən tutmuş sənayeyə qədər demək olar ki, hər bir sahədə həyati əhəmiyyət kəsb edən elektrik enerjisindən məhrum olacağı anlamına gələcək. Ukrayna hakimiyyətinin hələ də sözügedən ssenari ilə bağlı pessimist çıxışlar etməməsi şəhərin və xüsusilə strateji obyektlərin Qərb dövlətləri tərəfindən təmin edilən hava hücumundan müdafiə sistemləri ilə mühafizə olunması ilə əlaqələndirilir.

Lakin çox intensiv hücumlarda atılan raketlərə cavab verməkdə hava hücumundan müdafiə sistemlərinin itirilməsi Ukraynanın hərbi tədbirləri artırmasını zəruri edir.