vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
12:23 | 7 aprel 2014 | Bazar ertəsi Məqaləyə 3922 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukraynada vəziyyət qəlizdir

Rusiya Donetskdə separatçılığı alovlandırır, millətçinin birinin meyiti meşədən tapılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Şərqi Ukraynada Rusiyapərəst aksiyaçılar üç regional inzibati binaya hücum ediblər. Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov nümayişlərə görə xaricə səfərini təxirə salıb.

Aprelin 6-da nümayişçilər Şərqi Ukraynanın Donetsk və Luqansk şəhərlərində regional dövlət idarələrinin binalarına hücum ediblər. Luqanskdan məlumat verən Ukrayna televiziyası üç nəfərin yaralandığını bildirir.

Yerli media Xarkovda da buna bənzər vəziyyətin qeydə alındığını deyir. Ukrayna televiziyası xəbər verir ki, Luqansk etirazçıları Rusiyaya qoşulmaq barədə referendum tələb edirlər.

Kiyevdə parlamentin mətbuat xidməti bildirib ki, Ukrayna prezidentinin səlahiyyətlərini yerinə yetirən Aleksandr Turçinov Ukrayna Milli Təhlükəsizlik xidmətinin rəhbərləri ilə təcili görüş keçirib.

«Reuters» Turçinovun aprelin 7-də Litvaya planlaşdırdığı səfəri təxirə saldığını deyib. Məqsəd vəziyyəti qaydaya salmaqdır.

 

«Separatçı qarışıqlıq»

 

Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib ki, polis zorakılığa əl atmadan Şərqi Ukraynada hər iki şəhərdə asayişi bərpa edəcək.

O, separatçı iğtişaşların növbəti dalğasına görə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və Rusiya prezidenti Vladimir Putinin məsuliyyət daşıdığını bildirib.

«Toplaşan insanların sayı elə də çox deyil, ancaq aqressivdirlər», - o əlavə edib.

 

Donetskdə nümayişlər

Məlumata görə, Donetskdə bəzilərinin əlində çubuq olan 50-yə yaxın etirazçı Şərqi Ukrayna şəhərinin regional hökumət binasına hücum edib.

Onlar ikinci mərtəbənin balkonundan rus bayrağı və «Donetsk Respublikası» yazılan afişa asıblar. 1500-ə yaxın nümayişçi binanı əhatəyə alaraq «Rusiya!» deyə qışqırıb.

Luqansk şəhəri yaxınlığında yüzlərlə şəxs Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) yerli qərargahını dövrəyə alaraq nəzarətdə saxlanılan 15 ruspərəst fəalın sərbəst buraxılmasını tələb edib.

Bir neçə kişi binanın qapısını sındırıb, pəncərələrə daş və yumurta ilə hücum edilib. Polis gözyaşardıcı qazdan istifadə edib. Məlumata görə, iğtişaş zamanı iki nümayişçi və bir polis əməkdaşı xəsarət alıb.

Təqsirləndirilən şəxslər saxlanılıb

Aprelin 5-də Ukrayna Təhlükəsizlik Xidməti Luqanskda hakimiyyəti ələ keçirməyi planlaşdırdığı iddia edilən 15 nəfəri saxlayıb.

UTX-nin məlumatına görə, 300 pulemyot və bir tank əleyhinə qumbara atan daxil olmaqla, müxtəlif silahlar da ələ keçirilib.

Son həftələrdə Şərqi Rusiya ruspərəst etirazçıların yığıldığı məkana çevrilib. ABŞ-ın hesablamalarına görə, Moskvanın hazırladığı 40,000 nəfərlik rus qoşunu Rusiya sərhədindən uzaqda deyil.

Rusiya bildirib ki, onların hərbi əməliyyatlarda iştirakı beynəlxalq normalara uyğun keçib.

Qeyd edək ki, Donetsk Moskva Krımı işğal etməzdən əvvəl fevral ayında Kiyevdən Rusiyaya qaçan Yanukoviçin vətənidir.

Ukraynanın paytaxtı və qərb rayonlarında vəziyyət gərgin olaraq qalır. Bura Mərkəzi Kiyevdə snayper atəşi ilə nəticələnən Aİ yönümlü nümayişlər üçün meydana çevrilib. Nəticədə 90-a yaxın insanın həyatına son qoyulduğu bildirilir.

Sağçı fəal öldürülüb

Aprelin 6-da Ukraynanın sağçı «Svoboda» partiyası bildirib ki, əsas fəallardan olan Vasili Sergiyenko aprelin 5-də üzərində işgəncə əlamətləri ilə meşədə tapılıb. O, aprelin 4-də «Vygrayev»in mərkəzindən qaçırılmışdı.

Xatırladaq ki, Rusiya Aİ-nin neft və qazının üçdə birini və Ukrayna vasitəsilə nəql edilən qazın 40 faizini təmin edir. Həmçinin 123 milyard avro məbləğində məhsul idxal etməklə, Aİ-nin üçüncü ən böyük ticarət tərəfdaşıdır.