vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
09:18 | 8 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 1338 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ruslara giriş qadağandır!

«Nümayəndəliyin bütün əməkdaşları üçün ləğv edilir»

MÖVZU İLƏ ƏLAQƏLİ

NATO Rusiya rəsmilərinin baş qərargaha girişini məhdudlaşdırıb. Qərar ötən həftə Krımın anneksasiyasına cavab olaraq NATO-nun Rusiya ilə bütün praktiki əməkdaşlıqları dondurmasının ardınca qəbul edilib.

NATO-nun rəsmi bəyanatında bildirilir ki, «Buna qədər mövcud olan NATO baş qərargahına geniş giriş hüququ Rusiya nümayəndəliyinin rəhbəri, onun birinci müavini və iki əməkdaşdan başqa, nümayəndəliyin bütün əməkdaşları üçün ləğv edilir».

Bəyanatda həmçinin deyilir ki, Rusiyanın NATO yanında nümayəndəliyinin əməkdaşları «standart ziyarətçi qaydaları»na uyğun giriş hüququna malik olacaqlar. 

Qərar aprelin 8-dən etibarən qüvvəyə minəcək və NATO üzv dövlətlərinin xarici işlər nazirlərinin iyunda keçiriləcək görüşündə yenidən müzakirə olunacaq.