vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
TOP OYUNLARI  
17:08 | 8 may 2014 | Cümə axşamı Məqaləyə 1703 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bakı»ya lisenziya verilmədi

Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib

MÖVZU İLƏ ƏLAQƏLİ

«Trend»in məlumatına görə, iclasda 2014-2015-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün müraciət edən 9 klubun (AZAL PFK, «Bakı» FK, «Qarabağ» FK, «Qəbələ» İK, «İnter» PİK, «Xəzər Lənkəran» FK, «Neftci» PFK, «Rəvan» FK, «Simurq» PİK) sənədlərinə baxılıb.

AFFA-nın Lisenziyalaşdırma Komissiyası «UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə Qaydalar»ın 9-cu maddəsinə (Buraxılış 2013) əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

- UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: AZAL PFK, «Qarabağ» FK, «Qəbələ» İK, «İnter» PİK, «Xəzər Lənkəran» FK, «Neftci» PFK.

- UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin: «Bakı» FK, «Rəvan» FK, «Simurq» PİK.

Həmçinin iclasda 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət edən 8 klubun («Ağsu» FK, «Araz-Naxçıvan» PFK, «Kəpəz» PFK, «Qaradağ Lökbatan» FK, «Neftçala» FK, «Sumqayıt» FK, «Şuşa» FK, «Turan-T» İK) sənədlərinə ilkin baxış keçirilib və qərara alınıb:

 

- Lisenziya iddiaçısı olan klublara 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziyanın verilib-verilməməsi ilə bağlı qərarın çıxarılması üçün əlavə sənədlərin araşdırılması tələb olunduğuna görə həmin qərarlar növbəti iclasda qəbul olunsun.

 

- Müvafiq klublar əlavə araşdırma üçün tələb olunan sənədləri AFFA-nın Lisenziyalaşdırma Qrupuna 14.05.2014-cü il tarixinədək təqdim etməlidir ki, Lisenziya Komissiyası tərəfindən araşdırılıb müvafiq qərarlar qəbul olunsun.

 

- 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət etmiş klublara («Ağsu» FK, «Araz-Naxçıvan» PFK, «Bakı» FK», Kəpəz» PFK, «Qaradağ Lökbatan» FK, «Neftçala» FK, «Rəvan» FK, «Sumqayıt» FK, «Simurq» PİK, «Şuşa» FK, «Turan-T» İK) lisenziyaların verilib-verilməməsi ilə bağlı qərarlar Lisenziya Komissiyasının 15.05.2014-cü il tarixdə keçiriləcək iclasında qəbul olunsun.