vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
CƏMİYYƏT  
10:35 | 16 may 2014 | Cümə Məqaləyə 1555 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Anamdan başqa heç kimə...»

«Londondan fərqli olaraq Moskva və Bakıda qarderoba ciddi yanaşırlar»

Vaxt.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyevin böyük qızı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva özünün geyim tərzi ilə bağlı «Facebook» səhifəsində məlumat paylaşıb. Vaxt.az L.Əliyevanın geyim tərzi ilə bağlı yazdıqlarını təqdim edir:


Özüm haqqında

Bəzən biz mağazalara birlikdə gedirik. Lakin çox təəssüflər olsun ki, bu mənim istədiyimdən çox az hallarda baş verir. Mən geyimləri ilk növbədə «dəb» prinsipi ilə deyil, «yaraşır-yaraşmır» prinsipi ilə seçirəm. Bizim hər üçümüzün bədən ölçüləri eynidir, ona görə də bəzən biz geyimlərimizi dəyişirik. Anam kimi məndə lakonik, detallarla yüklənməyən saya paltarlara üstünlük verirəm. Hər şeydən çox qara rəngi sevirəm. Məşhur olan, kolleksiyaların hitlərindən daha çox mənə yaraşan geyimləri geyməyə üstünlük verirəm.

 

Anam haqqında

Anam həmişə nəyi nə ilə geyinməli, nəyin nə ilə uyğun olduğunu bilir. Mənim suallarım olduğu təqdirdə məsləhət üçün anama müraciət edirəm. Başqa heç kimə.

 

Moda haqqında

Mənim geyim tərzimi nə Moskva nə də Bakı tərzi adlandırmaq olmaz. O, daha çox London tərzidir. Axı mən İngiltərədə böyümüşəm. Londonda öz geyiminə çox vaxt sərf etmək qəbul edilmir. Çins, krassovkalar və qaçdın. Bakıda və Moskvada qarderoba ciddi yanaşırlar. Bu isə sevindirici haldır.