Bakıda «Allahu Əkbər» həyəcanı
Uzun saqqallı kişinin çantadan çıxartdığı «suxari» avtobusdakıları panikaya saldı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Tıxac probleminin çarəsi – tramvay?
Alternativ xidmətlərə ehtiyac yaranıb
-
Hər kəs həddini bilməlidir
Sutkada 12 saat sükan arxasında sürücü də insandır və onun da səbrinin həddi var
-
O “Avtobus”la “Çarəsiz sərnişinlər” gələcək...
Sizin, mənim, hamımızın görüb deyə bilmədiklərimiz
-
İctimai nəqliyyat - absurd teatrı
Yaxud arvadların kişilərə göz verib, işıq vermədiyi məkan
-
Marşrutlarına qayıdırlar
“Formula 1”lə bağlı istiqamətini dəyişən avtobuslar əvvəlki rejimə qayıdır
-
Bilet atlıdır, sərnişin piyada
Camaatın tapa bilmədiyini alverçi haradan alır?
-
Bakıda marşrut avtobusu ağır qəza törətdi
Ölən var
-
Sumqayıtda avtobuslar daşa basıldı
Baş Prokurorluq gülləbaran xəbərini təkzib etdi
-
Problem
Mənəvi-əxlaqi dəyərlərimizin qorunması
-
Avtobusda silah çəkib hamını hədələdi
«Dağıdaram buranı heç kim mənə xod eləyə bilməz»
-
Avtobus sürücüsünə üstünə silah çəkdilər
«Potensial sərnişin»in potensial cinayətkar davranışı
-
... Dünyalararası marşrutlar
Bakıda avtobus terrorunun yeni qurbanları: bu əhvalatın sonu görünmür, yaxud …
-
İşə «cənazə avtobusu» ilə gedən sərnişinlər
«PAZ»ın arxasında tabutu çıxarmaq üçün qapı da var
-
Uçmağa yox qanadım...
«Formula 1»ə hazırlaşan sürücü sərnişinlə dolu olan avtobusu saatda 130-la idarə edib
-
Avtobus qıtlığı
Sumqayıtdan Bakıya gediş-gəlişdə çətinliklər yaranıb
-
Avtobasabas....
Sərnişindaşımada xaos davam edir
Ötən həftə Bakıda çox maraqlı və eyni zamanda gülməli hadisə baş verib. ANS PRESS-in məlumatına görə, maraqlı hadisə sərnişin avtobuslarından birində olub.
Belə ki, avtobus «Gənclik» metrosu yaxınlığında sərnişin avtobusu dayanacaqda dayanır. Bu zaman avtobusa orta boylu, uzun saqqallı və ilk baxışdan radikal dindara bənzəyən bir kişi minib. Kişi gələrək avtobusun ortasında dayanıb və əlindəki çantanı yerə qoyub. Avtobus hərəkət etməyə başlayan zaman, «Allahu Əkbər» deyib və ani şəkildə əyilərək çantanın ağzını açıb.
Bu zaman sərnişinlər panikaya düşür. Bir neçə saniyə içərisində sərnişinlər avtobusdan düşüb qaçmağa başlayır.
İnsanlar o qədər həyəcanlanıblar ki, bir-birinin üstünə çıxıblar. Bəziləri isə qaçan zaman üzü üstə yıxılıblar. Lakin kişi çantadan «bomba» yox, «suxari» çıxarıb. Demə kişi suxari yemək istəyirmiş.
Yazıq kişi hadisədən özü də şoka düşüb. Hətta onun vəziyyəti pisləşib. Sonradan sərnişinlər yenidən avtobusa miniblər.